Alim Qasımov doğum gününü qeyd etmir
Tarix: 14-08-2018 14:37 | Bölmə: Mədəniyyət / Xəbər lenti
Alim Qasımov doğum gününü qeyd etmir

Bu gün xalq artisti Alim Qasımovun doğum günüdür. Alim Qasımov 1957-ci il avqustun 14-də Şamaxı rayonunun Nabur kəndində anadan olub.

Reyting.az
-ın xəbərinə görə, sənətkarın qızı xanəndə Fərqanə Qasımova Moderator.az-a açıqlamasında atasının doğum günüylə bağlı öz fikirlərini bölüşüb:

“Atama ən başlıcası can sağlığı arzu edirəm. O, bu günə kimi həm Azərbaycanda, həm də dünyada ad qazanıb. Bunlar hamısı Alim Qasımova bu yaşında qismət olub. Ona ürəyi istədiyi kimi səhnələrdə çıxış etməyi arzulayıram”.

F. Qasımovanın sözlərinə görə, 26 ildən çoxdur ki, A. Qasımovla həm Azərbaycanda, həm də xaricdə eyni səhnələri paylaşır:

“Bunun özü bir xoşbəxtlikdir. İnşallah, bunun davamlı olmasını arzu edirəm.

O, bu gün doğum günün qeyd etmir, dostlarıyla rayona bir məclisə gedib”.




Bölməyə aid digər xəbərlər