23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Fizuli Məmmədov: “Biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik” - Müsahibə
Tarix: 17-12-2018 15:19 | Bölmə: Müsahibə
Fizuli Məmmədov: “Biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik”

Son günlər bəzi dairələrin hücumuna məruz qalan “İnter-Sever”in prezidenti deyir ki, şahid ailələri və qazilərə köməkliyini əsirgəməyəcək

“İnter-Sever” Şirkətlər Qrupunun prezidenti, tanınmış iş adamı Fizuli Məmmədov musavat.com-a eksklüziv müsahibə verib.

Reyting.az həmin müsahibəni təqim edir:

- Fizuli müəllim, son günlər Azərbaycan mediasında da, sosial şəbəkələrdə də şəhid ailələrinə dövlətin ayırdığı kompensasiyanın ödənməsini üzərinə götürmək təşəbbüsünüz geniş müzakirə olunur. Təklifiniz birmənalı qarşılanmayıb. Təşəkkür edənlər də var, təşəkkür edib dövlətin öhdəliyini üzərinizə götürməməyi tövsiyə edənlər də, bu addımınızı doğru saymayanlar da. Bu müzakirə bolluğunda qərarınıza yenidən baxmağı düşünmürsünüz ki?


- Kompensasiyaların ödənilməsi ilə bağlı məsələ ictimailəşəndən gedişatı izləyirəm. Heç bir şübhəm yoxdur ki, haqqı çatan insanlar bu müavinəti dövlətimiz tərəfindən alacaqlar. Azərbaycan dövlətinin iradəsi də, imkanı da buna çatır. Amma ortada məmurların səhlənkarlığı, məsuliyyətsizliyi açıq hiss olunur. Şəhidlər hər bir millətin and yeridir. Unutmaq olmaz ki, bu gün idarə qapılarında, məmur süründürməçiliyi ilə üzləşən şəhid anaları övladlarını Azərbaycan uğrunda itiriblər. Hər bir azərbaycanlı bu ailələri göz üstə saxlamalıdır. Onlar hər birimizin anasıdır. Öz anamızı necə əziz tuturuqsa, onların da heç bir əziyyətə qatlaşmasına razı olmamalıyıq. Onlar bizə əmanətdir.

Son illər biz şəhid və qazi ailələrinə dövlətin qayğısının, diqqətinin şahidi oluruq. Ölkə başçısının bu mövzuya nə qədər həssas olduğunu mən çox yaxşı bilirəm. Bir neçə gün öncə də cənab prezident tərəfindən bir qrup Qarabağ qazisi və şəhid ailələrinə yeni mənzillər təqdim edildi. Bildiyim qədəri ilə bu qəbilədən olanların övladlarına təhsildə də güzəştlər var. Bütün bunlar dövlətin bu məsələdə ardıcıl siyasət aparmasının göstəricisidir. Görəndə ki, şəhid anaları vəsaitin ödənməsi üçün idarə qapılarında qalıb, qanun gərəyi bunun üçün müəyyən prosedurlardan keçilməlidir, üstəlik, proses ağrılı davam edir – ailələrin sosial durumu gözləməyə imkan vermir, xoş niyyət göstərib həmin ailələrin müəyyən hissəsinin ehtiyaclarını ödəməyə hazır olduğumu bildirdim. Çox təəssüf ki, kimlərsə bundan narahat oldular və mediada mənə qarşı kampaniyaya başladıldı.

Mən Azərbaycanda doğulmuşam, o torpağın oğluyam. Bu gün hansı ölkənin vətəndaşı olmağımdan asılı olmayaraq azərbaycanlıyam. Çevrəmdəki ən müxtəlif millətlərdən olan şəxslər – istər iş adamı olsun, istər ziyalı, mədəniyyət xadimi, ya sıradan bir işçi məni bu cür qəbul edir. Mən Azərbaycanın sevinci ilə, kədəri ilə yaşayan insanam. Ancaq Azərbaycana bağlılığım sırf mənəvi bağlar üzərindədir. Fiziki olaraq mənim öz ölkəmdə valideynlərimin məzarından başqa heç nəyim yoxdur.

Fizuli Məmmədov: “Biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik”
Fizuli Məmmədov növbəti şəhid -qazi ailələrinə mənzil verilməsi törənində

Azərbaycana gələndə də, dostlar bilir, otelə yeləşirəm. 30 ildir ictimai fəaliyyətlə məşğulam. Ölkənin ictimai, sosial həyatında baş verən hər prosesdən xəbərdaram. Bir azərbaycanlı, bir iş adamı, ölkəsini, dövlətini sevən bir şəxs kimi hər hansı problem yarandığı məqamda millətimin yanında olmaq borcumdur. Uzun illərdir Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidentiyəm. Bu fondda mənimlə yanaşı uğurlu biznes karyerası quran iş adamları var və biz hamımız Azərbaycan üçün nələrsə etmək istəyirik. Şəhid ailələrinə dövlətin ayırdığı müavinət qədər dəstək verməyi mən Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun xətti ilə bir sosial layihə kimi irəli sürmüşəm. Yenə deyirəm, şəhidlər bizim and yerimizdir, onlar bu gün həyatda yoxdurlarsa, onların ailəsi dövlətin də, cəmiyyətin də himayəsində olamlıdır. Bu addımın arxasında hansısa alt niyyət, məqsəd axtarmaq ictimai şüuru formalaşmamış, dünyadakı proseslərdən xəbərsiz insanların işidir. Bu yazıları tirajlayanlarla maraqlandım. Bunu edənlər həm də öz keçmişlərini çox tez unudublar. Ötən əsrin 90-cı illərində biz Azərbaycan dövlətinin quruculuğunda iştirak edəndə onlar ümummilli lider Heydər Əliyevin və onun komandasının əleyhinə təbliğat aparırdılar. Ulu öndərə və ailəsinə yaraşmayan ittihamlar, iftiralar atırdılar. Biz isə harada idiksə, yenə oradayıq dövlətimizə bağlı və müstəqil, güclü Azərbaycan üçün mücadiləyə başladığımız yolu dəyişməmişik. Səflərini kiçik şəxsi maraqlarına görə dəyişənlərin apardığı kampaniyaya görə biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik. Onlar dünyanın Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrinin praktikasına baxsalar, görərlər ki, iş adamları hər zaman belə problemlərin çözümündə çox aktiv rol oynayırlar. Hökumətlər iş adamlarına, diaspor qurumlarına ölkə gündəmində olan konkret məsələlərin çözümü üçün müraciətlər edirlər, uğurlu işbirliyi qurular. Biz Azərbaycanı güclü dövlət, vətəndaşı təmin olunmuş, bütünlükdə cəmiyyəti inkişafda görmək istəyirik. Bu yolda Azərbaycan dövlətinin yanındayıq. Biz niyyətimizi açıq şəkildə demişik. Hər an həmin vəsaiti ödəməyə hazırıq. Azərbaycan dövləti hansı qərarı versə, biz onu icra edəcəyik.

“Mənim öz ölkəmdə valideynlərimin məzarından başqa heç nəyim yoxdur”

- Haqqınızda dərc olunan yazılarda sizə qarşı işğaldan azad edilən Cocuq Mərcanlı qəsəbəsinə ayırdığınız 3 milyon manat vəsaitin söz olaraq qalması və tərəfdarlarınızın bundan reklam kimi istifadə etməsi haqda iddialar da yer alır. Baş verənləri sizin dilinizdən eşidə bilərikmi?

- Bütün bunlar informasiyasızlıqdan yaranan məsələlərdir. Etdiklərim haqda danışmağı sevmədiyim üçün çox zaman haqqımdakı yazılar təxəyyül məhsulu olur və bu təxəyyül heç də hər zaman sağlam düşüncəyə əsaslanmır. Azərbaycan torpaqlarının işğaldan azad olması mənim ən böyük amalımdır. Düşünürəm ki, milli düşüncə daşıyan hər bir azərbaycanlı üçün bu belədir. Bütün ictimai fəaliyyətim boyu mən qazi və şəhid ailələrinə dayaq olmağa çalışmışam. Heç zaman bu məsələ ətrafımda reklam qurmamışam, əksinə, istəmişəm ki, harda problem varsa, onu aradan qaldıraq. Ötən il sosial şəbəkələrdə Məmmədov Arzu adında Aprel Qazisisinin mənzillə bağlı Prezident başda olmaqla rəsmi qurumlara video müraciətinə rast gəldim. Yerli İcra Hakimiyyəti ona dəfələrlə söz versə də, problem həll olunmurdu. Arzu adlı həmin Aprel Qazisi döyüşlərdə bir qolunu itirib, əmək qabiliyyəti yoxdur. Dərhal onunla əlaqə qurulması üçün göstəriş verdim və qısa zamanda o, zəruri ev əşiyaları ilə birlikdə evlə təmin edildi. Bu haqda danışmağı sevməsəm də burada sizə demək zorunda qaldım. Əgər bu işləri iddia edildiyi kimi reklam üçün görsəydim, o mərasimi medianın gözü qarşısında edərdim. Əslində media özü bu cür nümunələri tirajlamalı, təşviq etməli, ölkədəki, xaricdəki iş adamlarının bu işə cəlb edilməsinə informasiya dəstəyi verməlidir. Düşünürəm ki, bu, eyni zamanda cəmiyyətimizin böyük ehtiyac durduğu vətənpərvərlik ruhunun yüksəldilməsi üçün çox vacibdir. Bu iş düzgün qurulsa, qazilər, şəhid ailələri, müharibə veteranları cəmiyyətin gündəmində olsa, nə məmurlar onları süründürməyə cürət edər, nə də bu gün ölkədə geniş müzakirə olunan ziyanlı kosmopolitizm meyllərinə yer qalmaz. Açıq etiraf edim ki, Azərbaycan ordusu Cocuq Mərcanlını azad edəndə böyük sevinc və qürur hissi yaşadım. Çünki uzun illərin məğlubiyyətindən sonra nəhayət ordumuz bu sindromu dağıtmış, Vətən torpağının bir hissəsini işğaldan azad etmişdi. Ən əsası, Azərbaycan hərbi qüdrətinin artdığını sübut etmiş, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə böyük ümid yaranmışdı. Sözsüz ki, bu durmda iş adamı, ölkəsini, millətini sevən bir insan kimi mən də əlimdən gələni etməli, dövlətimin yanında olmalıydım. Azad olunan ərazinin abadlaşması üçün dövlətimizin verdiyi qərar çox önəmli idi. Bu qələbədən bir neçə gün sonra ərazinin yenidən qurulması prosesinə dəstək kimi bəlli bir məbləğdə vəsait ayırmağa hazır olduğumu bildirdim.

Məsələ Dünya Azərbaycanlıları Mədəniyyəti Fondunda müzakirəyə çıxarıldı və belə bir fikrə gəlindi ki, qurumun xətti ilə 3 milyon manat ayrılsın. Media xəbəri həvəslə tirajladı. Bu məqsədlə Bakıya gəldim, rəsmi şəxslərlə təmas qurub niyyətimi onlara bildirdim. Xərclənmə istiqaməti haqqında danışarkən dedim ki, bu vəsait ianədir, Azərbaycan dövləti onun təyinatını özü müəyyən edəcək – xəstəxana tikilə bilər, yol çəkilə bilər, digər infrastrukturların yaradılmasına yönləndirilə bilər, biz ümumiyyətlə bu prosesə qarışmırıq. İdeya müsbət qarşılansa da, bildirildi ki, Azərbaycan dövlətinin Cocuq Mərcanlını yenidən qurmaq üçün imkanları kifayət qədər genişdir, rəsmi səviyyədə bütün ehtiyaclar ödənəcək. Mənə məsləhətləşmələri Müdafiə Nazirliyi ilə davam etdirmək tövsiyə olundu. Müdafiə Nazirliyindəki görüşlərdə bu vəsaitin şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına xərclənməsinin məqsədəuyğun olduğu bildirildi. Bu, doğrudan da ölkəmizin qarşısında dayanan vacib məsələlərdən biri idi və mən bu təklifi dərhal qəbul etdim. İşçi qrup yaratdıq, Müdafiə Nazirliyi təkliflər verdi və indiyə qədər Azərbaycan üçün önəmli günlərdə, milli bayramlarımız ərəfəsində evsizlikdən əziyyət çəkən 13 hərbçiyə və 2 şəhid ailəsinə mənzillər verilib. 2019-ci ilin martında – Novruz bayramı ərəfəsində daha 7 qazi ailəsinə ev verilməsi nəzərdə tutulur. Evin haradan alınması ev sahibinin istəyinə uyğun həyata keçirilir. Hər bir ev təmir olunur, gərəkli avadanlıqla, mebellə təmin edilir. Bir daha deyirəm ki, bu proses şəffafdır, Dövlət qrumları ilə razılaşdırılaraq başladılıb və davam etdirilir. Bu gün Cocuq Mərcanlıya ayrılan vəsaitin söz olaraq qalması haqqında yazanlara demək istəyirəm ki, belə həssas məsələlər üzərində antitəbliğat kampaniyası qurmaq hər şeydən öncə milli maraqlarımıza ziddir. Hər bir Azərbaycan vətəndaşının, dünyanın harasında yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq borcu bu tip məsələrdə dövlətin siyasətinin yanında olmaqdır.

Fizuli Məmmədov: “Biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik”
Fizuli Məmmədov mənzil bağışladığı şəhid uşaqları ilə

Qaralama kampaniyası ilə məşğul olanlar bilməlidirlər ki, Azərbaycan dövlətinin ərazisində baş verən heç bir nəzarətisiz proses yoxdur, boş hay-küy qaldırmaqla ancaq özlərini nüfuzdan salmış olacaqlar. Yəhidi, erməni diasporu hər zaman bizə müsbət örnək kimi təqdim edilir. Uzun İllərdir erməni diasporunun Ermənistan dövlətinə necə dayaq durduğu haqqında eşidirik. Erməni birliyi, erməni diasporunun millət, vətən təəssübkeşliyi tarixin bütün dönəmlərində olub. Hətta SSRİ-də yaşayan ermənilər də ABŞ və Avropadakı erməni diasporundan dəstək alıb. SSRİ dağılandan sonra bu dəstək daha da güclənib. İtaliyada son illər ortaq dostlarımız vasitəsilə Qarabağa gedən İtaliya vətəndaşları ilə təmaslarımız olur. Onlar erməni diasporunun işğal edilən Azərbaycan torpaqlarına milyonlarla vəsait axıtmasından faktlarla danışırlar. Çəkilən yollara, tikilən inzibati binalara bu işə vəsait göndərən diaspor qurumunun adı qeyd olunan lövhələr vurulur, milliyətcə erməni olan böyük biznes sahibləri Ermənistana, Qarabağa dəvət edilir, onların dövlətin həyata keçirdiyi layihələrə ianə ayırmaları təmin edilir. Bir iş adamı, bir azərbaycanlı kimi bu xəbərlərə biganə qala bilmirəm... Necə ola bilər, dünyanın uzaq bir nöqtəsində yaşayan erməni iş adamı bizim torpaqlarda öz milləti üçün yaşayış şəraiti yaradır, biz isə ölkədəki problemlərimizin çözümü üçün dövlətimizə dəstək verib əlimizdən gələni etmirik? Yenə deyirəm, bu bir könüllülük məsələsidir və milli düşüncəsi olan hər bir iş adamı imkanı çatan vəsaiti milləti, dövləti üçün böyük qürur hissi ilə ayırmalıdır. Çünki heç bir biznes uğuru, iş dünyasında əldə edilən yüksək nəticə insana öz dövlətinə, millətinə gərək olmağın yaratdığı miqyassız fəxarət hissini yaşada bilməz. Heç şübhəsiz, Azərbaycanla Ermənistanın iqtisadi imkanlarını müqayisə etmək olmaz. Azərbaycan illərdir nəhəng regional layihələr həyata keçirən neft-qaz ölkəsidir, milli sərvətlərimiz həm ölkə vətəndaşlarının ehtiyacını ödəməyə, həm ölkənin iqtisadi potensialını artırmağa imkan verir. Emənistan isə iqtisadi problemlər içərisində illərdir çabalayan asılı ölkədir. Ancaq bütün hallarda Azərbaycan dövləti gəncdir. Problemlər də olacaq, çətinliklər də, sağlam, möhkəm sistem quruculuğunda görməli olduğumuz işlər var. Cənab Prezident hər çıxışında bu məqamlara toxunur, dövlətin hədəflərini aydın şəkildə göstərir. Düşünürəm ki, ürəyində Azərbaycan sevgisi, əlində imkan olan hər bir Azərbaycanlı iş adamı bu məsələdə Azərbaycan dövlətinin yanında olmağı özünə borc bilməlidir.

Ən əsası da fəaliyyət göstərdiyimiz ölkənin siyasət, elm, iş, mədəniyyət sahələrinin təmsilçiləri, vətəndaş cəmiyyəti institutları, mediası ilə davamlı işbirliyi quraq, müxtəlif ölkələrdə öz lobbimizi yaradaq. Biz nəhayət bir salon kirayələyib “özümüz danışdıq özümüz eşitdik” praktikasından birdəfəlik əl çəkməliyik. Detalları açıqlamaq istəmirəm, amma informasiya üçün deyim ki, birinci vitse-prezident olduğum il yarımda quruma yetərincə ciddi vəsait də ayırdıq, yerli və ölkə səviyyəsində nüfuzlu şəxslərin toplantılarda iştirakını təmin etdik. Faktiki qurumun baş sponsoru idik. Ancaq sonradan səbəbi indi də mənə bəlli olmayan proses başladıldı. Əmin olmadığım məsələ haqqında danışmağı sevmirəm, ona görə də diasporda nələr baş verir sualına birmənalı cavab vermək mənim üçün çətindir. İlkin analizlərim nəticəsində onu deyə bilərəm ki, bu işi diaspor fəaliyyətinə hər hansı uğur, yenilik gətirə bilməyən və gətirmək istəyənlərin qarşısını alanlar monopoliyada saxlayırdı. Məqsəd dərnək səviyyəsində “diaspor” fəaliyyətini davam etdirməkdir. Buna görə hətta açıq-açığına Nizamnamə pozuntularından da çəkinmirlər. AAK prezidenti Sahil Qasımov hərkəsin istirahətdə olduğu avqust ayında mətbuata bir informasiya ötürmüşdü. Və güya AAK İdarə heyətinin toplantısı olub və bəzi qərarlar alınıb. Mətbuatdan oxuduğumuz bu informasiyanı dəqiqləşdirmək üçün adları çəkilən şəxslərlə bir-bir əlaqə yaratıq və aydın oldu ki, hərəsi bir ölkədə öz işləri ilə məşğul olan İH üzvləri ilə belə bir toplantı olmayıb və mətbuata yalan məlumat ötürülüb. Daha sonra cərəyan edən prosesler məsələyə tam aydınlıq getirdi ki, biriləri AAK ın içərisində nifaq salmaq və AAK üzvləri arasında problem yaratmaq niyyəti daşıyırdı.

“Qaralama kampaniyası ilə məşğul olanlar bilməlidirlər ki, Azərbaycan dövlətinin ərazisində baş verən heç bir nəzarətisiz proses yoxdur, boş hay-küy qaldırmaqla ancaq özlərini nüfuzdan salmış olacaqlar”

- Siz erməni diasporunun Ermənistan dövlətinə dəstəyindən danışdınız. Son iki ildə Avropadakı Azərbaycan diasporunun işində ən fəal mövqe tutanlardan biri də siz idiniz. Bir sıra tədbirlərin təşkilatçılığını üzərinizə götürdünüz, sizin təşəbbüsünüzlə diaspor hərəkatının güclənməsi üçün konkret işlər görüldü. Ancaq sonradan diaspor işindən uzaqlaşmalı oldunuz. Daha dəqiqi, siz Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti vəzifəsindən kənarlaşdırıldınız. Avropadakı Azərbaycan diasporunda nə baş verir?

- Dekabrın 24-də biz Moskvada Azərbaycan diaspor hərəkatının 30 illiyini qeyd edəcəyik. 1988-ci ildən – yarandığı gündən bu prosesin içərisindəyik və Azərbaycan diasporunun güclənməsi üçün görə biləcəyimiz heç bir işdən yayınmamışıq. Avropa Azərbaycanlıları Konqresi 2004-cü ildə Almaniyanın Köln şəhərində yaradılıb. 2017-ci ildə Diasporla Komitəsi məni qurumun 6-cı qurultayına dəvət etmişdi. Həmin toplantıya kənar müşahidəçi, uzun illərin diaspor fəalı kimi getmişdim. Ona görə qurumun birinci vitse-prezidentliyinə namizədliyimin irəli sürülməsi özüm üçün də gözlənilməz oldu. Həmin yığıncaqda rəsmi Bakının təmsilçiləri də vardı və hər kəs bu ideyanı müsbət qarşıladığını bildirdi. Mənə söyləndi ki, Avropa Azərbaycanlıları Konqresinin işini gücləndirmək, ümumiyyətlə Avropadakı diaspor hərəkatına yenilik gətirmək üçün təcrübəmə ehtiyac var. Ümumiyyətlə, 2017-ci ilə qədər AAK-ın varlığı haqqında çox dar çevrələrdə bilgi vardı. Qurum heç zaman fəaliyyəti ilə seçilən, mənsub olduğu ölkədə nüfuz qazanan qurumlar siyahısında olmamışdı. Müzakirələr zamanı irəli sürdüyüm konseptual fikirləri hər kəs dəstəklədi. Təklif etdim ki, qurum yalnız Almaniyada deyil, digər ölkələrdə də fəaliyyət göstərən qurumlarla sağlam işbirliyi qursun, biz bütün Avropa məkanında azərbaycanlıların maraqlarını qoruyan, Azərbaycan dövlətçilik ənənələrinin gücləndirilməsi ideyasına söykənən sağlam təşkilat kimi formalaşaq.

Sonradan həmin “sənədə” imza atanlar baş verənlərdən tamamilə xəbərsiz olmaları haqqında bizə və mətbuata açıqlamalar verdilər. Yəni bu bir kampaniyanın tərkib hissəsi idi. Sözsüz ki, məsələni avropada hüquq müstəvisinə çıxara bilərdik. Qanunlar birmənalı mənim tərəfimdədir. Ancaq düşündüm ki, onsuz da fəaliyyəti olmayan bu tipli qurumlara zaman sərf etməkdənsə daha ciddi işlərlə məşğul olmaq olar. Hər bir şəxsin də, qurumun də sanbalı onun gördüyü işlərlə ölçülür. Ən çox narahatlıq doğuran məqam odur ki, bu cür yanlış təcrübələr Azərbaycan adına iş görmək istəyən iş adamlarını, nüfuzlu şəxsləri diaspor işindən uzaqlaşdırır. Azərbaycan diasporuna dəstək vermək, ya da Azərbaycanda xeyriyyə işi ilə məşğul olmaq istəyənlər məsələyə son dərəcə ehtiyatla yanaşır, bir çox hallarda isə kənar seyrçi kimi qalmağa üstünlük verirlər. Biz bu tendensiyanı qırmaq istəyirdik, görünür, diaspor qurumlarına şəxsi obyektləri kimi baxan, onu əhəmiyyətsiz dərnək səviyyəsində görmək istəyən bəzi şəxslərin maraqlarını tapdaladıq. Çox ümid edirəm ki, savaş durumunda olan, vətəndaşları dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan üçün son dərəcə vacib olan diaspor məsələsində bu yanlış tendensiyaları qısa zamanda aradan qaldırmaq üçün ciddi səylər göstəriləcək.

Fizuli Məmmədov: “Biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik”Fizuli Məmmədov: “Biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik”
Fizuli Məmmədov: “Biz nə yolumuzdan dönən, nə də ideyamızdan çəkinənik”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}