Əlisa Nicat: “Anar və Fikrət Qoca Yazıçılar Birliyini özəlləşdirib” - Müsahibə
Tarix: 10-04-2019 00:47 | Bölmə: Müsahibə
Əlisa Nicat: “Anar və Fikrət Qoca Yazıçılar Birliyini özəlləşdirib”

Yazıçı-publisist deyir ki, Fikrət Qoca və onun patronu Anar 30 ildir havayı pul alırlar

Tanınmış yazıçı-publisist Əlisa Nicat Yazıçılar Birliyinin (AYB) rəhbərliyindən narazıdır.

Reyting.az Əlisa Nicatın “Hürriyyət”ə verdiyi müsahibəsini təqdim edir:

- Əlisa müəllim, xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca mətbuata müsahibəsində deyir ki, vaxtilə Heydər Əliyevə zarafatyana teleqram göndərib və mərhum prezident iki saat sonra ona ev verib. Sizcə, kiçik bir teleqramla iki saata adama ev verərlərmi?

– Çox çətin. Bilirsizmi, cavanlıqda Fikrətlə dost olmuşuq. Sonralar – yəni 30-40 il olar ki, bir-birimizi görmürük. Fikrət Qoca ortabab bir şairdir. Xalq şairi demirəm, çünki hamıya olduğu kimi, ona da bu adı xalq vermədiyinə görə, onu daşımaq düzgün deyil. Belə ki, fərmanla, əmr və sərəncamla Xalq şairi olmaq olmaz...

- Bəs, Siz Xalq şairi olaraq kimin adını çəkə bilərsiniz?

- Əsl Xalq şairi M.Ə.Sabirdir. Necə ki, hər sətrində xalqın taleyi, xarakteri, yaşayışı, eyni zamanda mənfi və müsbət keyfiyyətləri, xalqa edilən zülm yüksək poetik qüdrətlə qələmə alınıb.

Fikrət Qoca nə yazıb? Son 25 ildə xalqımızın başına gətirilən zülmlər əks olunubmu? Xalqımız bu gün nə gündədir? Hətta ailələrə uşaqpulu da verilmir. Ölkədə maaş 180 manat, pensiyalar da təxminən bir o qədərdir. Bəs F. Qoca nə qədər alır, mən nə qədər alıram? Özünü tərifləmək olmasın, “Qızılbaşlar”, “Gəncəli müdrik”, “Mələklər və iblislər” siyasi-fəlsəfi, “Ehram”, “Artakserks” və başqa romanlarım əldən-ələ gəzib, heç yanda da tapılmır. 50 cildlik külliyyatım abunə ilə satılır. Amma 200 manat pensiya ilə yaşayırıq. Çünki Prezident Aparatında işləyənlərin dediyi kimi “bizim adam”, yəni onların adamı deyiləm.

- O halda Fikrət Qoca evi necə aldı?

- Fikrət Qoca sözünü axıracan demir. Çünki Heydər Əliyev onun qara gözlərinə və ya poeziyasının “əzəmətinə” aşıq deyildi ki, iki saata ona mənzil verəydi. Bu mənzilvermənin böyük tarixi var. Bir başqası yox, F.Qoca 20-25 il qabaq H. Əliyevə həsr olunub gecə-gündüz televiziyada səslənən “Yaşa prezidentim, yaşa” mahnısının sözlərinin müəllifi idi. Belə bir populyar mahnıdan sonra adama ev verməzdilərmi? Nəinki ev, hətta villa da verərlər.

Bəli, son 25 ildə ölkəmizdə nələr baş verib? Dağlıq Qarabağ getdi, əlavə 7 gözəl rayonumuz getdi, Xocalı qırğını törədildi. Minlərlə cavanlarımız qırılsa da, işğal olunmuş rayonlar geri alınmadı və alçaq, rəzil ermənilər torpağımızın sərvətlərindən yüz milyonlarla fayda götürürlər. Bütün bunlar xalq şairinin poeziyasında əks olunubmu? Xalqın başına gətirilən bu bəlalar, müsibətlərin əks-sədası xalq şairinin poeziyasında hanı? Bəlkə olunub, biz bimirik.

Fikrət son 25 ilin “qazanclarından” danışmır. Yazıçılar Birliyində I katib vəzifəsinə Anara kömək etmək üçün gəlməyindən danışır. Görəsən o, bu vəzifədə Anara hansı köməkliyi göstərmişdir? Məgər Yazıçılar Birliyinin katibliyində o şeir yazmaqdan başqa hansısa iş görüb? O, təvazökarlıq edib 50 min manat əlavəsi ilə dövlət mükafatı almağından danışmır. Görəsən, bu mükafa hansı parlaq əsərinə görə layiq görülüb? Və belə çıxır ki, o da, patronu Anar da Yazıçılar Birliyini özləri üçün özəlləşdiriblər. 30 ildir ki, havayı maşında gəlib, havayı pul alırlar.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}