16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“Son vaxtlar ümumtürk miqyaslı mövzulara daha çox yer verirəm"
Tarix: 08-02-2016 13:00 | Bölmə: Müsahibə


Əşrəf Heybətov: "Yeni rəsm əsərlərimdə mövcud iqtisadi böhran, qlobal dünyada baş verənlər də öz əksini tapıb"

Müsahibimz YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri”, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovdur.

- Əşrəf müəllim, saymaqla tükənməyən fəxri adlarınız, diplomlarınız və mükafatlarınız var. Bunları daşımaq çətin deyilmi?

- Çətin deməzdim, məsuliyyətlidir.- deyərdim. Çox məsuliyyət qoyur insanın boynuna.

 Amma həm vətənimdə, həm xaricdə mənə və sənətimə olan hörməti görəndə çox sevinirəm. Bu mənə çox yaxşı təsir bağışlayır.

Burada gördüyünüz diplomlarin iki misli məndə Almaniyada var. Yaşadığım müddətcə çalışıram ki, o diplomlar daha çox olsun. Çünki o diplomları və fərxri adları mən özüm üçün yox, Azərbaycan adına qazanıram. Bu da mənim stimulumdur əslində. Çalışmaq və yaratmaq üçün.

İlk diplomu mənə Cənab İlham Əliyev verib. O zaman o prezident deyildi. Moskvada universitetdə magistraturada təhsil alırdı. Həmin diplom mənim ilk diplomum idi. Prezidentin əli yüngül oldu…(gülür) Diplomlarımı indi saymaqla bitmir.

– Bildiyimə görə, Cənab İlham Əliyev Sizə ev də bağışlayıb. Eləmi?

- Bəli. Baxın, bu gördüyünüz evi Cənab Prezidentimiz 60 illik yubileymlə əlaqədar 5 il bundan əvvəl verib mənə. Mən hər zaman Prezidentin ailəsinin diqqət və qayğısını hiss etmişəm. Hər zaman sərgilərimdə Leyla xanım Əliyeva, Mehriban xanım Əliyeva iştirak edib. Bu bir rəssam üçün özü özlüyündə bir dövlət rəhbərliyi tərəfindən göstərilən ən böyük diqqətdir mənim üçün.

- Əşrəf müəllim, çəkdiyiniz rəsmlərin motivi və üslübu çox maraqlıdır. Rəng seçiminiz çox rəngarəngdir. Qırmızı rəng mən deyərdim bütün rəsmlərinizdə ən əsas xətt kimi vurğulanır. Dünya şöhrətli bir rəssam kimi bu haqda bir qədər məlumat verərdiz…

– Mən rəsmlərim haqda, onların üslübu haqqında heç zaman danışmağı sevmirəm. Rənglərin ahəngi haqda ümumiyyətlə danışmıram. Bu sadaladığınız rəssamlığın rəssama aid olan yollarıdır. Onları çox da qabartmaq gərəkmir. Qabartmaq gərəkdiyində isə. bunun üçün rəsm üzrə təhlilçilərimiz var. Bunu etmək onların işidir. Bircə onu deyə bilərəm ki, mən hər sahəyə aid şəkil çəkirəm. Abstrakt var, natura var, peyzaj var, dəniz və gül təsvirləri var, portret var.

 

Rəsmlərimin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən, bilmirəm bəlkə də, Bakılı olduğuma görə, əsərlərimin çoxunda Bakının İçərişəhər qədim hissəsindəki doğma dar küçələri təsvir edən rəsmlərim çoxdur. Lakin son vaxtlar ümumtürk miqyaslı mövzulara daha çox yer verirəm.

- Evinizdəki şəkillərdən də göründüyü kimi, bir çox dövlət rəhbərləri ilə şəkilləriniz var. Bir çox dövlətlərdə yüksək səviyyəli sərgiləriniz keçirilib. Bunlar arasında ən yaddaqalan sərginiz hansı olub?

- Sərgilərimin hamısı yaddaqalan olub. Hər sərgidən də, burada gördüyünüz kimi, mütləq surətdə bir xatirə gətirmişəm. Hər bir suvenir, bir sərgimdən yaddaqalan bir əlamətdir mənim üçün. Bunları mənim özüm haqqımda deməyim bəlkə də yanlış səslənir. Ona görə də çox zaman adlarını çəkməyi uyğun görmürəm.

Amma sual verdiyinizə görə, cavablandırmaya da bilmərəm. Mənim rəsm əsərlərim, yeganə Azərbaycan rəssamı kimi Cenevrənin BMT Sarayında, Rumıniyanın Prezident Sarayında, NATO-nun Mənzil-Qərargahında, İordaniya Kralının Sarayında, Lüksemburq Hersoqunun İqamətgahında, Vatikan Dəftərxanası Sarayında, habelə Maltanın nüfuzlu salonlarında sərgilənib.

Bibliya motivləri əsasında yaratdığım əsərlər isə Adenauer Fondunun dəstəyi ilə təşkil olunmuş sərgidə nümayiş etdirilib. Baxın, sadaladığım bütün bunları mənim dövlətim adına verə biləcəyim uğur hesab edirəm.

Mən rəsm çəkməyi bacarıram. Amma rəsm çəkməklə də, mən xalqım adına, dövlətim adına nə isə etmək istəyirəm. Hesab edirəm bu alınır, elə deyilmi?..(gülür)

- Əlbəttə etmisiz. Buna nə şübhə…və mən deyərdim etməyə davam da edirsiz. Əşrəf müəllim, bir az öncə portret çəkdiyinizi də vurğuladız. Bir rəssam portret çəkdiyi zaman, çalışır tanınmış insanların simasını öz rəsm tablosuna köçürsün. Ən yaddaqalan portret əsərləriniz xatirinizdədirmi?

- Çox doğru yanaşmadır. Hiss olunur ki, rəsmdən anlayışınız var. Mən bir çox tanınmış dövlət səviyyəli insanların rəsmlərini çəkmişəm. Ən yaddaqalanı xanım Mehriban Əliyevanın rəsmi olub. Bilirsiz, hər kəs öz rəsmini kiminsə çəkdiyini görəndə çox fərqli reaksiya göstərir. Rəssamın özü də, kiməsə "sizin rəsminizi çəkmişəm”,- deyəndə, çox mürəkkıəb bir hiss kecirir. Bilmirsən həmin adamın xoşuna gələcək ya yox… Amma xanım Mehriban Əliyeva kimi heç bir insan, rəssamın əməyinə yüksək dərəcədə qiymət verəcək tərzdə məmnun olduğunu əks etdirməmişdi. Rəsm onun çox xoşuna gəlmişdi. Mən də rəsmi Mehriban xanıma bağışladım.

 


- Baxın, bu bir rəssamın hiss edə biləcəyi ən gözəl hissdir. Kiminsə şəklini çəkəsən, risq edib həmən insana bunu təqdim edəsən və bu həmən insan tərəfindən yüksək məmnunluqla qəbul olunsun…

- Çox doğru deyirsiz. Elə olur….həqiqətən də elə olur.

- İnsan özünü həmən an imtahan verəcək tələbə kimi hiss edir…

- Tamamilə doğrudur. Bu qeyri-adi bir hissdir. Amma insana nəticə olaraq ləzzət edir.

- Daha kimlərin portretini çəkmisiz?

- Bir çox insanların portretlərini çəkmişəm. Misal üçün, Roma Papasının, Angela Merkelin və Qyunter Qrassın portretlərini çəkdiyimi misal çəkə bilərəm.

- Nyu-York merinin sizə təşəkkür məktubu yazması məsələsi hamıya maraqlı olardi. Bu nə məsələ idi?

- (Gülür)…Bildiyiniz kimi mən, eyni zamanda bir sıra pannoların müəllifiyəm. Panno da, incəsənətin bir növüdür. Amma rəssamdan zərgərlik tələb edən bir incəsənət növüdür. Bu - divarda və ya evin tavanında, keramika ilə, mozayka ilə yaradılan incəsənət növüdür. Belə pannona əsərlərimdən biri də, – "11 Sentyabr” əsəri idi. Bu əsəri şəxsən Nyu-York merinə təqdim etmişdim. Buna görə mer də, mənə təşəkkür məktubu yazmışdı.

- Səhv etmirəmsə, sizin "20 Yanvar - Bakı” panno əsəriniz də var, eləmi?

- Bəli. Hətta həmən əsər Azərbaycanın Müstəqillik Muzeyində saxlanılır.

- Çingiz Aytımatov sizin haqqınızda çox gözəl sözlər deyib vaxtı ilə. Onlar bir məşhurun digər bir məşhur üçün söylədiyi bəlkə də çox qiymətli sözlər olsun gərək…

- Dost idik biz. Bəli. Mən o sözləri indi sizə əzbər oxuya bilmərəm. Amma burada onunla bir şəklim var, onun arxasına yazmışam. Alın, oxuyun zəhmət olmasa…

- Oxuyuram: "Əşrəf Heybətov olduqca maraqlı bir rəssamdır. Onun əsərlərindən ibarət sərgilər Rusiya və Azərbaycanda, eləcə də Avropanın bir çox dövlətlərində uğur qazanmışdır. О həm də monumental sənət ustası kimi məşhurdur. Onun özünəməxsus yaradıcılığında Şərq üslubu ilə müasir Qərb plastikası üzvi surətdə bir-birini tamamlayır. Onun əsərləri həqiqət axtarışında olan insan qəlbinin rənglərlə ifadə olunmuş poemasıdır. Ruhən mənə yaxın olan bu yaradıcı insanı təqdim etməyi özümə böyük şərəf hesab elirəm. Çingiz Aytmatov”. Çingiz Aytımatov sizi bu iki kəlmə ilə elə vəsf edib ki, başqa əlavə edəcək söz tapmıram…

- Elədir…(gülür)

- Nə gözəl… Əşrəf müəllim, sizinlə həmsöhbət olmaq çox maraqlı oldu. Eviniz maşallah, muzeyə bənzəyir. Hər bir ölkəni təmsil edən arnamentlər var, rəngarənglik var, üstəgəl, kəklikotulu çay və səmimi söhbətiniz var.

- Buyurun. Mən sizə təşəkkür edirəm.

 

Ülkər MUSAZADƏ

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}