23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Dövlətlər ortaq məxrəcə gəlməlidir” - Müsahibə
Tarix: 28-04-2017 16:56 | Bölmə: Müsahibə


Prezident Administrasiyasının baş müşaviri Özləm Zəngin: "Birlikdə hərəkət edib, problemləri birgə çözməyin vaxtı çatıb”

Xəbər verdiyimiz kimi, iki gün öncə Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının iclası keçirilib. Tədbirdə iki dəniz regionunun dünyada tanınmış hüquqşünasları ilə yanaşı, Türkiyə Prezident Administrasiyasının hüquq məsələləri üzrə baş müşaviri Özləm Zəngin də iştirak edib.

Sözügedən tədbiri işıqlandırmaq üçün Moskvaya ezam olunmuş İlkxeber.org-un əməkdaşı fürsətdən yararlanaraq, Özləm Zəngindən eksklüziv müsahibə alıb. Özləm Zəngin müsahibəsində konfrans təəssüratlarını bölüşüb, Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 16-da keçirilmiş son referenduma və dünyada baş verən siyasi proseslərə münasibət bildirib.

Reyting.az həmin müsahibəni təqdim edir:

- Öncə tədbir barəsindəki təəssüratlarınızı bölüşməyinizi istərdik…

- Təbii ki, təəssüratlarım çox yaxşıdır. Bu barədə konfransda çıxışım zamanı da bildirdim. Moskvaya, bu tədbirə hörmətli professor İlham Rəhimovun dəvətini məmuniyyətlə qəbul edib gəldim.

Hazırda dünyanın bir çox nöqtələrində qarşıdurmalar, münaqişələr davam edir, səngimək bilmir. İnsan hüquqlarının aramsız pozulduğu vəziyyətdə iki dənizi əhatə edən region dövlətlərinin məşhur hüquqşünasların belə təşkilata böyük ehtiyacları var.

Bu yaxınlarda Türkiyədə konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendum ərəfəsində vətəndaşlarımıza qarşı Avropanın bir sıra ölkələrində olan basqılara bütün dünya şahidlik etdi. Belə neqativ proseslərin həllində, fikrimcə, hüquqşünasların rəylərinin olması xüsusilə vacibdir. Mövcud Assosiasiyanı təsis etmək təşəbbüsünə görə professor İlham Rəhimova bir daha təşəkkür edirəm.

- 16 aprel referendumundan söz düşmüşkən, sizin fikrinizcə, yeni Konstitusiya dəyişiklikləri Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan münasibətlərinə, ümumiyyətlə, Türkiyənin xarici siyasətinə necə təsir göstərəcək?

- Türkiyədəki Konstitusiya dəyişikliyi çox önəmli dəyişikliklərdir. Əslində, dəyişişikliklər 18 maddədədir, amma bu 18 maddənin məzmunundan fərqli anlamı var. Türkiyə uzun illərdir ilk dəfə gerçək mənada sivil bir iradə ilə öz hökumət sistemi modelində çox önəmli bir dəyişiklik etdi. Bu dəyişikliklərin yalnız Azərbaycan və Rusiya deyil, dünyadakı bütün ölkələrlə Türkiyənin inkişaf etdirəcəyi əlaqələrdə Türkiyə siyasətindən alacağı fərqli güclə daha fərqli bir istiqamət alacaq. Çünki bu, Türkiyə siyasətinin hər mənada hər mərhələsini birbaşa millətdən yetkiləndirildiyi, millətə təmas etdiyi bir məna ifadə edir. Bu özü ilə bərabər artıq Türkiyədə siyasət yürüdülərkən çözüm yolları daha çox sürətli, xalqın iradəsinə dayanan bir üsul ilə olacaq. Əslində, dünyanın qarşısında daha güclü bir Türkiyə dayanmaqdadır. Gücünü toplamış, ayaqlarını millətin verdiyi iradəilədaha sağlam basan bir idarəetmə sistemi ilə dünyanın qarşısındadır. Bu mərhələni əməkdaşlıq etdiyimiz ölkələr də addım-addım görəcək.

- Amma referendum öncəsi Türkiyə çox zor günlər yaşadı…

- Burada bir məsələni qeyd etmək istəyirəm. Yəni burada Türkiyə bu dəyişiklikləri edərkən bir tərəfdən də Türkiyəyə dayatılan (söykənilən) bir şey var. 15 iyulda bunun bir nümunəsini gördük. Bu çevriliş cəhdinin Türkiyəyə tətbiq edildiyi bir hiylə var. Türkiyə bu hiyləyə qarşı dirəniş göstərir. Türkiyə təkcə özü üçün dirəniş göstərmir, dünyada olan bir qrup yanlış üçün dirəniş göstərir. Biz ona "məzlum coğrafiyalar” deyirik. Dünyanın harasında bir çətinlik, yalnızlıq, tənhalıq varsa, Türkiyə onların yanındadır. Əslində, prezidentimiz Rəcəb Tayyib Ərdoğana hardasa məzlumların lideri deyə bilərik. Ona yalnız Türkiyənin lideri demək az olar. Çünki Suriyadakı insanların çəkdiyi o sıxıntıların aradan qaldırılması üçün fəaliyyətlərdə Türkiyə liderlik etdi, məzlumlara sahib çıxdı və hamilik etdi. Afrika və Somalidə də eləcə.

Dünyanın harasında olursa-olsun sıxıntıda, darda olan vədünya sisteminin tətbiq etdiklərinin yaratdığı sıxıntılardan əziyyət çəkən insanların səsi oldu prezidentimiz. Türkiyə son 15 ildə indiyə qədər yürütdüyü siyasətdən daha güclü syasi iradəyə sahibdir. Həqiqi mənada xalqının dəstəyini bir daha qazanaraq, bunun altını cızmaq imkanına sahib oldu. O səbəblə dünyada çox problemlərlə iç-içə önəmli məsələlər var. Bu problemlərin hər biri bizim çox yaxın coğrafiyamızda cərəyan edir. Məsələn, Rusiyaya baxanda görürük ki, bu ölkəlap yaxınlığında çox önəmli problemlərə "hamilədir”. Bunlar davam edir, daha doğrusu, yeni baş verən şeylər deyil. Bunun həlli istiqamətində də aparılan fəaliyyətdə heç biri gözdən qaçırıla bilməz. Bu problemlər əgər həll olunacaqsa, hamısı birlikdə həll olunmalıdr. Rusiyanın bu barədəki qənaəti, düşüncəsi, necə bir "yol xəritəsi” çəkəcəyi də çox önəm daşıyır. Bu səbəbdən, xüsusi vurğulamaq istədiyim bir şey var: Dünyanın gələcəyi naminə dövlətlər ortaq məxrəcə gəlməlidir. Birlikdə hərəkət edib, problemləri birgə çözməyin vaxtı çatıb. Təkbaşına bu problemləri həll etmək mümkün deyil.

- Konstitusiya dəyişiklikləri, eyni zamanda, dünyaya bir ismarış idi ki, Türk liderinin arxasında Türkiyənin xalqı dayanır. Ona görə, Türkiyə xarici siyasətini yönəldərkən xalqın maraqlarını dinləyib bunu edir…

- Əslində, elə olmaq lazımdır. Referendum ərəfəsində Türkiyə çox qəribə günlərdən keçdi. Bir tərəfdən hətta normal şərtlər altında belə düşünürsünüz, mən öz ölkəmdə bir daxili hüquq yollarını istifadə edərək, öz ölkəmin daxilində referendum keçirirəm. Amma qəribə bir şəkildə bu referendumun kampaniya ayağının Almaniyadan, Hollandiyadan, Avstriyadan gəldiyini görürsünüz. Hətta son günlərdə Fransadan. Belə baxdıqda cavabı verilməsi lazım olan bir sual var: nədən bu ölkələrdə Türkiyənin daxilində etdiyi Ana Yasa dəyişikliyi ilə bağlı belə tərəf var? Bu ölkələrə düşən şey tərəf olmaq deyil, bu müddətdə onlar çox açıq şəkildə "Xeyr” kampaniyasının tərəfində oldu. Digər tərəfdən, prezidentimizin əleyhinə böyük və çirkin bir kampaniyanın da liderliyini, öncüllüyünü etdilər. Bu tablonu görən Türkiyə vətəndaşı özündən soruşar: nədən biz müstəqil bir ölkəyik, öz iradəmizlə seçki qutusunun başına gedir, qərar veririk. O halda, buraxın bu ölkə ilə bağlı qərarları özümüz verək.

"Bəli” qərarı təkcə ölkə ictimaiyyətinin səsi deyil, eyni zamanda, dünya ictimaiyyətinə verilmiş çox gözəl cavabdır. Son bir neçə ildə hörmətli prezidentimizə yönəlmiş xoş olmayan kampaniyanın cavabını bu ölkənin əhalisi verdi. Düşünürəm ki, dünyadakı "Xeyr” cəbhəsi də layiqli cavabını almış oldu.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}