22:54 / 24-04-2024
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
21:42 / 24-04-2024
Erməni xəyanəti: həkim 40 türk əsgərini zəhərləyib
20:28 / 24-04-2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışını edib - Fotolar
19:29 / 24-04-2024
İran qoşunları Suriyanı tərk edir
19:16 / 24-04-2024
“Su-35”-lər "Patriot"-u aldada bilir
19:04 / 24-04-2024
Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib
17:55 / 24-04-2024
Milli Məclis 3150 manatlıq kompüteri niyə 6 minə alır? - 830 minlik tenderlə bağlı qalmaqal
17:46 / 24-04-2024
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
17:16 / 24-04-2024
Şadlıq saraylarında şişirdilmiş qiymətlər... - Ekspertdən şərh
17:04 / 24-04-2024
Keçmiş nazirin meyiti tapılıb
16:56 / 24-04-2024
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
16:44 / 24-04-2024
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib
16:35 / 24-04-2024
Lukaşenko: "Anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?"
16:30 / 24-04-2024
Avropa qeyri-adi vəziyyətlə üzləşib
16:26 / 24-04-2024
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
16:08 / 24-04-2024
Yeni robotlar satışa çıxarılıb - Video
15:57 / 24-04-2024
Ərdoğan Almaniya prezidentini qəbul edib
15:26 / 24-04-2024
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
15:12 / 24-04-2024
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
14:30 / 24-04-2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
“Allahşükür Paşazadəyə hücumları Rusiyanın agentləri təşkil edir” - Müsahibə
Tarix: 20-09-2017 16:35 | Bölmə: Müsahibə
Zərdüşt Əlizadə deyir ki, QMİ sədrinə hücum təşkil edənlər Azərbaycanda milli zəmində qarşıdurma yaratmaq istəyirlər
Şərqşünas, politoloq Zərdüşt Əlizadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə bağlı mətbuatda yazılan məlumatlar barədə müsahibə verib.
Reyting.az saytının xəbərinə görə, Z.Əlizadə Modern.az-a deyib ki, QMİ sədrinə qarşı hücum təşkil edənlər Azərbaycanda aranı qatmaq istəyirlər:
- Şeyxülislam Allahşükür Paşazadə haqqında müxtəlif məlumatlar yayılır. Hər şey ondan başladı ki, şeyxin qudası Hacı Qalib Salahzadə onun varisi haqda danışdı. İddia etdi ki, şeyxin varisi oğlu Məhəmməd Paşazadədir. Halbuki, Məhəmməd Paşazadənin din adamı olmadığı məlum idi. Daha sonra şeyx haqqında ard-arda kəskin ittihamlar səsləndi. İddialarda həqiqət axtarmağa dəyərmi, yoxsa bunlar kompromatlardır?
- Şeyx həzrətləri Heydər Əliyev birinci katib olduğu vaxtdan bu yana Qafqaz Müsəlmanları İdarəsinin sədridir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən gedəndən sonra bəzi tamahkar hacılar Allahşükür Paşazadəni postundan devirmək istədi. Çünki bu post mənfəətli məqamdır. Heydər Əliyev isə o hacılara yerini göstərdi. O göstəriş verdi ki, heç kim Allahşükür Paşazadəyə dəyə bilməz. Bu hacılar da tez susdu və geri çəkildilər.
- Mərhum Heydər Əliyev bu addımı nəyə görə atmışdı?
- Heydər Əliyev çox gözəl anlayırdı ki, Allahşükür Paşazadə Azərbaycandakı sabitliyin təminatçılarından biridir. Şeyxin tutduğu məqam çox hörmətli və nüfuzlu məqamdır.
Nə qədər ki, Allahşükür Paşazadə şeyxülislamdır, o, Azərbaycan dövlətinə sadiqdir.
Siz mənə deyin görüm, indi hansı məmur korrupsiyaya bulaşmayıb? Allahşükür Paşazadəyə hücumlar başlayıbsa, bunun bir səbəbi var. Hansısa xarici qüvvələr Azərbaycanda sabitliyi pozmaq istəyirlər.
- Sabitliyi pozmaq üçün strategiyalar müxtəlifdir. Bəs belə bir plan varsa, şeyx bu strategiyada necə “rol oynayır”, yəni niyə ona qarşı hücumlar edilir?
- Xarici qüvvələr çalışırlar ki, talışları Azərbaycana qarşı qaldırsınlar. Bunun üçün də həssas fiqurun adını dövriyyəyə buraxırlar. Allah eləməsin, bir şey olsa, şeyxin varisi ya oğlu olacaq, ya da başqa biri. Amma başa düşmək lazımdır ki, şeyxülislam məqamı talışlarındır.
Hamı bilir ki, Azərbaycan dövlətində talışlara hörmət edilir, onların hüquqları tam olaraq qorunur. Bununla yanaşı, mötəbər bir məqamda talışların nümayəndəsi – Allahşükür Paşazadə əyləşib.
- Yaxşı, bu xarici qüvvələr hansı dövlətlər və ya qruplardır?
- Kimlər ki, Allahşükür Paşazadəyə qarşı danışır, ona qarşı olan proseslərin içində yer alırsa, onlar Rusiyanın agentləridir. O adamlar Rusiyaya işləyir ki, Azərbaycanı içəridən dağıtsınlar, milli zəmində qarşıdurma yaratsınlar. Mən yüz faiz əminəm ki, Azərbaycanda xarici qüvvələrə işləyən adamlar məhz indi sabitliyi pozmaq üçün Allahşükür Paşazadəyə qarşı hücumlar təşkil edirlər.
- Şeyxin Çexiyada mülklərinin olması haqda məlumatlar var, bunu təsdiq edən sənədlər də yayımlanıb. Bu əgər faktdırsa və kimsə bunu deyirsə, o zaman burada xarici qüvvələrin əlinin olmasını axtarmaq düzgündürmü?
- Azərbaycandakı çox məmurun xarici ölkələrdə mülkü var. Onlara qarşı isə hücumlar yoxdur. İndi şeyxin Çexiyada mülkü var, deyirlər. Lap tutaq ki, şeyxin Çexiyada mülkü var, bununla dünya dağılır?!
Şeyxin üzərində ona görə çox dayanırlar ki, camaatı bir-birinə qarşı qoysunlar.
- Şeyxin varisinin oğlu olması, yəni Ruhanilər İdarəsinin gələcək sədri postunda əyləşməsi dinə görə normaldır?
- Bu, din xadimlərinin, hacıların işidir. Mən bu məsələlərə qarışmıram. Bircə onu deyə bilərəm ki, Qafqaz Müsəlmanları İdarəsinin gələcək sədri talış olmalıdır.
- Düşünürsünüz ki, Allahşükür Paşazadənin nə qədər ömrü varsa, şeyxülislam postunda qalmalıdır?
- Bəli, cənab Paşazadə ruhanilər idarəsinin sədri vəzifəsində qalmalıdır. Bu, mötəbər məqamdır. Şeyx burada daş daşımır, başqa fiziki iş görmür. Bu post Azərbaycan müsəlmanlarının rəmzidir.
Şeyx müsəlman aləmində tanınan adamdır. Onun Rusiyada da, İranda da hörməti var. Şeyx barışdırıcı, mötədil bir insandır.
Bölməyə aid digər xəbərlər

6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə
29-09-2022, 20:29
Elxan Qarayev: “Rusiyada hərbi səfərbərliyə cəlb olunan azərbaycanlılar kontrakt tələb etməlidir” - Müsahibə
21-09-2022, 14:06
Sərdar Cəlaloğlu: “Hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər” - Müsahibə
3-07-2022, 13:50
Deputat: “Məmur sahibkarlığından qaynaqlanan inhisarçılıq əhaliyə böyük ziyan vurur” - Müsahibə
6-06-2022, 13:50
Politoloq: “Rusiyada etirazlar artacaq” - Müsahibə
27-05-2022, 13:03
Keçmiş səfir: “Zaman Ukraynanın dostu, Kremlin düşmənidir” - Müsahibə
26-05-2022, 20:43
Hərbi ekspert: “Rusiya texnokratları müharibəni uduzduqlarını başa düşürlər” - Müsahibə
25-05-2022, 16:16
Deputat: “Qərb Ukraynanı güzəştə məcbur edəcək” - Müsahibə