21:58 / 25-04-2024
İlham Əliyev Füzuli hava limanından Berlinə uçub - (Yenilənib)
20:33 / 25-04-2024
Almaniyadakı ukraynalı qaçqınlara görə problem yaranıb
20:26 / 25-04-2024
İran-İsrail qarşıdurması: ilk raund daha təhlükəli mərhələyə keçə bilər
19:45 / 25-04-2024
Dünyada 282 milyon insan acdır - BMT
19:17 / 25-04-2024
Rusiya Polşada yaradılacaq nüvə obyektlərinə hücum edəcək
18:56 / 25-04-2024
İran məhkəməsi repçi barəsində edam qərarı çıxarıb
18:42 / 25-04-2024
Milli Məclis Avropa Parlamentinin son qətnaməsinə sərt cavab verib - Bəyanat
18:09 / 25-04-2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:03 / 25-04-2024
Ermənistanda müxalifətin aksiyası baş tutmayıb, kütləvi həbslər var - Video
18:02 / 25-04-2024
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
17:55 / 25-04-2024
Papa Fransisk Putinə mesaj göndərib
17:46 / 25-04-2024
Dünyada iqlim böhranı başlayır
17:32 / 25-04-2024
Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığı barədə müzakirə aparılıb
17:25 / 25-04-2024
Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə edilib - Fotolar
17:08 / 25-04-2024
İlham Əliyevlə Qırğızıstan prezidenti Füzuli və Ağdamda olublar - (Yenilənib) - Fotolar
16:42 / 25-04-2024
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
16:41 / 25-04-2024
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərar verib
16:25 / 25-04-2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:09 / 25-04-2024
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
16:05 / 25-04-2024
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
15:50 / 25-04-2024
İspaniya və daha 4 ölkə Fələstin dövlətini tanımağa hazırlaşır
15:32 / 25-04-2024
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib - (Yenilənib)
15:32 / 25-04-2024
Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"
15:08 / 25-04-2024
"Azərbaycanda respondentlərin 74,9%-i "TikTok"a məhdudiyyətlərin tətbiq edilməsini istəyir"
14:43 / 25-04-2024
Malıbəylidə kütləvi məzarlıq aşkarlanıb - Fotolar
14:35 / 25-04-2024
Rasim Balayev: "Onlara baş qoşası deyiləm"
14:29 / 25-04-2024
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
14:16 / 25-04-2024
İsrail daha 12 fələstinlini həbs edib
14:06 / 25-04-2024
Qəzzada ölənlərin sayı artıb
13:59 / 25-04-2024
Rusiya XİN: "Sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Deputat: “Növbədənkənar seçkiləri Ermənistandakı aprel seçkiləri ilə bağlamaq yanlışdır” - Müsahibə
Tarix: 06-02-2018 12:30 | Bölmə: Müsahibə / Slayd
Zahid Oruc: “Kimsə düşünürsə ki, seçkilərin nəticəsində hər hansı X namizədə 42 milyard dollarlıq valyuta ehtiyatı və formalaşmış düzən təhvil veriləcək, çox yanılır”
Prezident İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın yaratdığı sualları deputat Zahid Oruc cavablandırıb.
Z. Oruc deyib ki, ölkə başçısının qərarını yüksək qiymətləndirənlərin arqumentinə diqqət yetirsəniz onlar hüquqi normalara əsaslanır, əksinə düşünənlər isə siyasi dəlillərlə çıxış edirlər.
Reyting.az Z.Orucun müsahibəsini təqdim edir:
- Halbuki biz sərəncamın konstitusion normalara cavab verib-vermədiyi suala birinci növbədə aydınlıq gətirməliyik.
Bilirsiniz ki, 1993-cü ilə qədərki praktikadan fərqli olaraq, ötən 25 ildə hakimiyyət orqanlarının formalaşması məhz seçkilər vasitəsilə baş verib. Ona qədər silahlı mübarizələr vasitəsilə dövlət başçısının müəyyənləşməsi praktikası, müharibə şəraitindən doğan uğur və ya uğursuzluq fonunda taxt-tacın ələ keçirilməsi və ya meydan mübarizələri, vətəndaş toqquşmalarından keçərək birinci şəxsi təyin etmək həqiqətən qeyri-konstitusion hadisələr idi. Biz o vaxtlar yeni Ana Qanun vəd edənlərin özlərinin belə hüquq çərçivəsi əsasında hərəkət etdiklərini görə bilmədik. İndi oyun qaydalarının tanındığı bir şəraitdir və seçkilərin növbədənkanarlığı üçün fors-major vəziyyətin yaranması mütləq şərt deyil.
İkincisi, ötən on illiklər ərzində dövlət orqanlarının formalaşmasının müəyyən zaman ardıcıllığı, siyasi fəlsəfəsi və hüquqi prosedurları formalaşıb. Lakin 2016-cı ildə keçirilən ümumxalq səsverməsi prezidentlik müddətini 7 il müəyyənləşdirib. Ona görə də bu il keçirilən seçkilər 2025-ci il praktikasında fərqli bir durumu meydana çıxaracaq. Bu, ondan ibarətdir ki, parlament və prezident seçkiləri 1 ay zaman fərqi ilə keçiriləcək. Nəzərə almalıyıq ki, seçkilər mənafelərin toqquşduğu bir hadisədir, maraqlar çulğalaşır, insanlar iddiaları uğrunda mübarizəyə çıxırlar. Heç şübhəsiz ki, iki fərqli hakimiyyət qolu uğrunda mübarizə ölkədəki dayanıqlığa mənfi təsir göstərə bilər. Belə hallar ABŞ, yaxud Qərb ölkələrinin praktikasında olub, yəni Konqres və prezident seçkilərinə eyni zamanda start verilib və iki kampaniya aparılıb. Lakin qeyd olunan praktikaya yüzilliklər ərzində gəlinib. Ona görə də biz bu amilin nəzərə alınmasını arzulayırdıq.
- Ermənistanda seçkilər apreldə keçiriləcək...
- 5 fevral sərəncamını Ermənistandakı aprel seçkiləri ilə bağlamaq çox yanlışdır. Çünki Azərbaycanda hakimiyyət orqanlarının formalaşmasının ayrı prosedurları, siyasi məntiqi və təhlükəsizlik şəraiti var. Hətta deyərdim ki, Ermənistanda hakimiyyətin ağrlıq mərkəzinin dəyişəcəyi, yəni parlamentli modelə keçidin baş verdiyi şəraitdə Sarkisyan baş nazir kimi proseslərə nəzarəti itirəcək və mərkəzdənqaçma güclənəcək. Belə olan halda Azərbaycanda yaranmış şəraiti Qarabağda hərbi-siyasi baxımdan tam öz xeyrinə dəyişə də bilər. Deməli, təqvim uyğunlaşdırılmasına mexaniki gedilməsini deyənlərin arqumenti kəsərsizdir.
- Bəlkə hakimiyyət müxalifətin bir araya gəlməsinin qarşısını almaq üçün bu addımı atdı?
- Xeyr, heç bir qəfil yaxalanmadan, yaxud onları hazırlıqsız vəziyyətdə qoyub üzərilərinə getmək həmləsindən söhbət gedə bilməz. Çünki bu qüvvələr 25 ildir hakimiyyətdən kənar düşüblər və məğlubiyyətləri də aprelin 11-i və ya oktyabrın 15-i tarixi ilə izah oluna bilməz. Demirdilər ki, hər zaman iqtidara hazır olmaq lazımdır, onda buyursunlar. Əgər müəyyən elektoral bazaya malikdilərsə, arxalarında siyasi gələcəklərinə investisiya qoyan dairələr mövcuddursa, onlar bu prosesi özləri həyata keçirə bilərlər. Özü də dəfələrlə müxalifətin dilindən növbədənkənar seçki ideyasını eşitmişik. Onda hansı qanunlara əsaslanırdılar? Deməli, proses hüquqi məcradan çıxası deyil və dövlət rəhbərinin belə qərar verməyə tam səlahiyyəti var.
- Hazırda əsas sual budur: niyə heç bir izahat olmadan növbədənkənar seçkilər təyin edilir? Normal ölkələrdə bu cür qərarlar veriləndə cəmiyyətə izahatı da verilir, amma Azərbaycan hakimiyyəti bu barədə susur, səbəb nədir?
- Hesab edirəm ki, Azərbaycan cəmiyyəti ötən dövrlərdə yürüdülən siyasətin məntiqinə dayanaraq, həmçinin regionda və dünyada baş verən hadisələri hesablayaraq qərarın mühüm zərurəti olduğunu dərk və qəbul edir, o cümlədən, bu kampaniyada iştirak edəcək. Əgər hər hansı bir şəraitdə qərar insanların və yaxud müəyyən bir sosial qrupların narazılığı ilə qarşılanardısa, onu biz meydanlarda avtomatik görməli idik. Nəhayət, siyasi situasiyanın çevrilməsi baxımından son sərəncam rəqib qüvvələrin xeyrinə işləyə bilərdi. Gerçəkdə isə biz belə ümumxalq etirazlarını və etimadsızlığını görmürük. Əgər seçkilər günü tanınmırsa, insanlar onu sadəcə, həmin tədbirə getməməklə qərarlarının ardınca gedərdilər. Yəni, belə demək mümkünsə, dövlətin məntiqi tanınmır, ona kimlərsə itaət göstərmir və əleyhinə gedilir. Məgər, bu, ayrı-ayrı partiyalar və təşkilatlar üçün arzuolunan deyilmi?!
Eyni zamanda, burada dövlət və xalq arasında konsensusu göstərən mühüm məsələ var. Bu ondan ibarətdir ki, hər kəs hətta oktyabrda keçirilən seçkilərdə qalib lideri yaxşı tanıyır. O daxili resurs, zaman müddəti, major amillərin üzərində lider deyil. Ötən dövrdə görülən işlərə söykənib ölkənin təhlükəsizliyini qoruyaraq, onu xarici aləmdə qəbul etdirərək dövlətə rəhbərliyi haqq edir.
Seçkilərin oktyabrda keçirilməsi halı və vəziyyəti müxalifəti qətiyyən ayrı duruma salası deyil. Misal gətirdiyimiz hüquqi və siyasi izahlar qarşıdakı dövrdə rəsmi orqanlar tərəfindən geniş ictimaiyyətə bir daha açıqlanacaq. Lakin mütləq fövqəladə şəraitinin olduğunu irəli çəkmək və digər şəraitlərdə "belə seçkilərə gedilə bilməz”,- söyləmək məntiqli deyil. Bir daha deyirəm, bu, müxtəlif ölkələrin siyasi həyatında özünü geniş göstərən hadisədir.
- Zahid bəy, hansı ölkələrin, ad çəkə bilərsinizmi?
- Baxın, Avropa ölkələrinin özündə müxtəlif vəziyyətlərdə seçkilər elan olunub. Dövlət rəhbərinin hüququ var ki, konstitusion müddət başa çatmadan prezident, yaxud parlament seçkilərini qeyd edilən zamandan ertələnmiş formada reallaşdırsın. Məgər, İkinci dünya müharibəsindən sonra Fransada 3-4 dəfə bunlar təkrarlanmayıbmı, Türkiyədə dəfələrlə belə hadisələr olmayıbmı? Almaniyanın praktikasında dinc dövrdə belə seçkilərə gedilib.
- Siz adını xatırlatdığınız ölkələrdə seçkilər siyasi böhranlardan irəli gələrək keçirilib. Deməyinizdən belə çıxmırmı ki, hakimiyyət daxilində böhran var?
- Qətiyyən, böhrandan danışılması çox yanlışdır. Hansısa qüvvələr dövlətin yürütdüyü siyasətə qarşı çıxsaydı, onu tənzimləmək üçün məhz seçkiyə əl atılmazdı. Əksinə, dövlətin birinci şəxsinin iradəsi qarşısında duruş gətirən qüvvə mövcud deyil, hakim partiyada vahidlikdir, dövlətdə də dəqiq bəlli olan komanda mövcuddur. Son 3 ildə prezident hökumətdə də, öz komandasında da xeyli yeniləşmələr aparıb. Bugün hansı bir qüvvə xalqın seçimiylə hakimiyyəti ortadan qaldırmağa zərurət meydana çıxarardı? Qoy, onda böhran əlaməti üçün bir şəxsin adını çəksinlər.
- Bəlkə Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarında ciddi güzəşt gözlənilir?
- Əlbəttə, bu məsələ ətrafında ən çox irəli sürülən ehtimallardan biri Dağlıq Qarabağ məsələsi olacaq. Unutmayaq ki, hazırkı reallıqda Azərbaycan özünün mövqelərini hərbi cəhətdən möhkəmləndirdiyi təqdirdə güzəştə gedilməsi heç bir anlamda qəbul edilə bilməz. Ermənistan son 25 ildə işğal reallığını siyasi danışıqlara keçirməyə və bizi kaputaliyasiyaya cəhd edib. İndi isə Dağlıq Qarabağda torpaq və siyasi status güzəşti ilə hakimiyyətini möhkəmləndirməyə çalışmaq növbəsi məhz qarşı tərəfdədir. Bir daha vurğulayım ki, Sarkisyan özünü baş nazir elan edəndən sonra proseslərə nəzarət edə bilməyəcək. Hətta müharibə şəraitinin meydana çıxacağını da gözləmək olar. Bu baxımdan qarşı cinahda ayrı reallıq yaşanırsa, Azərbaycan dövləti status məsələsində fərqli mövqeyə gedəcək deyə, 5 fevral sərəncamının verdiyi fikrin məntiqi yoxdur. Tam məsuliyyətlə deyirəm, Azərbaycan Qarabağ məsələsində öz mövqeyini daha da sərtləşdirəcək.
- O zaman, iqtisadi amil gündəmə gəlir, yəni növbəti devalvasiya təhlükəsi hakimiyyəti bu addımı atmağa vadar etdi?
- Məncə, növbəti spekulyasiya predmetindən biri bu olacaq. Devalvasiya ölkənin maliyyə-bank sektoru ilə bağlı öz təsirini göstərən birinci amildir və bundan sonrakı dönəmdə də ölkənin bütün həyatını əhatə edir. Əminəm ki, son müşavirəyə baxanlar şahiddilər ki, əldə olunmuş resurslar manatın kursunun sabitləşdiyini göstərir. Son günlərdə bu barədə daha əhatəli açıqlamalar verilib, həmçinin neft amili də əvvəlki qədər büdcəni təhdid etmir. Belə olan təqdirdə kütlələri özünə cəlb etmək üçün seçkilərdən sonra kimlərsə kampaniyalara əl atacaq.
Ancaq onu göz altına almalıyıq ki, hər bir hakimiyyət öz tərəfdarlarını daha çox sayda əldə saxlamağı düşünür. Çünki hər hansı bir maliyyə-istisadi qərara görə itirilən tərəfdarlar mütləq başqa qüvvələrin bazasına çevrilir. Bu mənada manat ətrafında siyasi spekulyasiya aparanlar olacaq.
Yekun olaraq deyim ki, qarşıdakı dönəmdə istər növbədənkənar, istərsə də konstitusiya ilə müəyyənləşdirilmiş dövrdə oktyabrda keçirilən seçkilərdə bu ölkənin rəhbəri prezident İlham Əliyevin liderliyinin davamlılığı şəraiti həm də onunla əsaslandırılır ki, kimsə düşünürsə ki, seçkilər nəticəsində hər hansı X namizədə 42 milyardlıq dollarlıq valyuta ehtiyatını, hazırkı reallığını, formalaşmış düzəni onlara təhvil verəcək, çox yanılırlar. Yəni müxalifət qarşısında tanımadığı hakimiyyətin kursunun üzərindən xətt çəkirsə, gərək o 42 milyard dolları da düşünməsin.
- Deyirsiniz ki, cəmiyyət, xalq hakimiyyətdən razıdır, ciddi problem yoxdur, o zaman İlham Əliyev niyə tələsir?
- Qətiyyən, burada hər hansı siyasi tələskənlikdən söhbət gedə bilməz. Əslində, buna qədərki arqumentlərim daha soyuqqanlı hərəkətlərin mövcudluğunu göstərir. Hətta bir çoxları hesab edirlər ki, Rusiya və Ermənistanda seçkilərin olması Azərbaycan əleyhinə beynəlxalq dairələrin planlarını işlətməyə imkan verməyəcək. Həmçinin belə bir dönəmdə Qərb də müxtəlif cinahlarda hərbi savaşlar aparıb, bu üzdən Azərbaycan əleyhinə ssenarilər də olmayacaq. Belə olan təqdirdə prezident İlham Əliyevin beynəlxalq, regional, həmçinin Konstitusiya və referendum reallığı, 2025-ci il amili - hamısı matrisa kimi kompleks yanaşmada nəzərə aldığından danışmaq daha düzgün olardı.
- Başqa bir açıqlama, ötən ilin dekabrın 17-də YAP-çı deputat Siyavuş Novruzov demişdi ki, növbədənkənar seçkilərlə bağlı çaşdırıcı məlumatlar yayırlar, belə bir şey gözlənilmir. Hətta bunu müxalifətin uydurması saymışdı. Bəs siz dedikləriniz nədir?
- Həmin açıqlamadan bir neçə gün əvvəl mənim mövqeyim dərc olunmuşdu. Mən məsələnin əsaslandırılmasında hansı beynəlxalq, regional və hüquqi amillərin olduğunu incələmişdim. Hər kəsin mövqeyinə hörmətlə yanaşır və dediyiniz açıqlamanı da xatırlayıram. Siyavuş Novruzov dövlətçi adamdır, həmin məsələyə baxışı fərqli olubsa, buna görə onu linç etmək və bir şəxsi mövqeyi ilə hakimiyyət siyasəti arasında ziddiyyət axtarmağına dəyməz. Ən əsası odur ki, dövlətin mühüm və strateji qərarları birinci şəxs tərəfindən qəbul olunur. İndi prosesin legitimliyi üçün iddiaçılara şərait yaratmaq, rəqabəti təmin etmək və milli iradəni ortaya qoymaqdır.
Bölməyə aid digər xəbərlər

6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə
29-09-2022, 20:29
Elxan Qarayev: “Rusiyada hərbi səfərbərliyə cəlb olunan azərbaycanlılar kontrakt tələb etməlidir” - Müsahibə
21-09-2022, 14:06
Sərdar Cəlaloğlu: “Hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər” - Müsahibə
3-07-2022, 13:50
Deputat: “Məmur sahibkarlığından qaynaqlanan inhisarçılıq əhaliyə böyük ziyan vurur” - Müsahibə
6-06-2022, 13:50
Politoloq: “Rusiyada etirazlar artacaq” - Müsahibə
27-05-2022, 13:03
Keçmiş səfir: “Zaman Ukraynanın dostu, Kremlin düşmənidir” - Müsahibə
26-05-2022, 20:43
Hərbi ekspert: “Rusiya texnokratları müharibəni uduzduqlarını başa düşürlər” - Müsahibə
25-05-2022, 16:16
Deputat: “Qərb Ukraynanı güzəştə məcbur edəcək” - Müsahibə
Dünən, 19:45
Dünyada 282 milyon insan acdır - BMT
Dünən, 17:55
Papa Fransisk Putinə mesaj göndərib
Dünən, 17:46
Dünyada iqlim böhranı başlayır
Dünən, 17:08
İlham Əliyevlə Qırğızıstan prezidenti Füzuli və Ağdamda olublar - (Yenilənib) - Fotolar
Dünən, 14:43
Malıbəylidə kütləvi məzarlıq aşkarlanıb - Fotolar
24-04-2024, 19:29
İran qoşunları Suriyanı tərk edir
24-04-2024, 16:56
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
24-04-2024, 16:30
Avropa qeyri-adi vəziyyətlə üzləşib
24-04-2024, 13:21
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
24-04-2024, 09:07
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
23-04-2024, 14:10
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
23-04-2024, 11:59
İran və İsrailin bir-birinə mesajı... - Kölgə müharibəsinin yeni mərhələsi başlayıb
23-04-2024, 00:11
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
22-04-2024, 18:36
Zərərli isti dalğası güclənir
22-04-2024, 17:38
ABŞ-nın yardımı Ukraynanı xilas edəcəkmi?
22-04-2024, 14:04
Xəbərdarlıq: nüvə müharibəsi təhlükəsi sovuşmayıb
22-04-2024, 12:00
Bakı və İrəvan arasında ilk: özləri razılaşıblar
22-04-2024, 11:54
Nazirlikdə 143 milyon manatlıq mənimsəmə: "Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik"
22-04-2024, 09:25
Rusiya ordusuna daha 300 min nəfər cəlb olunub
20-04-2024, 10:37
Rusiyalı ekspert: Cənubi Qafqazın Rusiya üçün əhəmiyyəti böyükdür
20-04-2024, 09:12
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış edib
20-04-2024, 09:06
Blinken 4 kəndin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır
19-04-2024, 20:29
Qəzza müharibəsi qloballaşır
19-04-2024, 17:18
Mustafayevlə Qriqoryan sərhəddə görüşüb - 4 kənd Azərbaycana qaytarılır
19-04-2024, 15:47
Tovuzda 22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin tökərək yandırıb
19-04-2024, 09:19
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
18-04-2024, 14:20
QHT-lər Nobel Komitəsinə məktub göndərib
18-04-2024, 12:24
İsrail İrana zərbəni niyə ləngidir?
18-04-2024, 11:51
46 mindən çox şagird buraxılış imtahanı verəcək
18-04-2024, 11:09
Prezident nazir müavini təyin edib - Sərəncam
18-04-2024, 10:57
60 milyard dollarlıq yardımın önü açılır
18-04-2024, 10:00
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
18-04-2024, 00:40
Ermənistan qanunsuz mühacir alverinə qoşulur
17-04-2024, 19:37
Bir milyard insana və böyük iqtisadiyyata təhlükə yaranıb - Xəbərdarlıq
17-04-2024, 14:06
Rusiya sülhməramlıları Qarabağı tərk edir
17-04-2024, 12:15
İsrail-İran müharibəsi kölgədən çıxır - 2-ci raund olacaq?
17-04-2024, 10:53
Ermənistanın kvadrokopteri zərərsizləşdirilib - Fotolar