11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
Bakıda Qarabağ mitinqinə icazə verildi
Tarix: 26-09-2018 16:31 | Bölmə: Siyasət
Bakıda Qarabağ mitinqinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Qarabağ Komitəsinin Qarabağ mitinqinin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.

Qarabağ Komitəsindən Reyting.az-a verilən məlumata görə, BŞİH Qarabağ mitinqinin keçirilməsinə icazə verib. Mitinq 2018-ci il sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində, ”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.

Qarabağ Komitəsinin müraciətində deyilir:

“Hamını Qarabağ mitinqinə çağırırıq. Gəlin, bir yerdə olaq, Qarabağımıza azadlıq tələb edək. “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ təcili azad edilməlidir!”, “Erməni murdarları torpaqlarımızdan dərhal rədd olub getməlidirlər!”- budur şüar və tələblərimiz”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib