07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya gəlib - Foto
Tarix: 02-10-2018 19:16 | Bölmə: Siyasət
Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya gəlib

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 2-də Türkiyənin nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub.

Bundan əlavə, görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.

Bildirilib ki, səfər oktyabrın 5-dək davam edəcək.

Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya gəlib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}