17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Yerevanda parlament mühasirəyə alındı: Deputatlar binadan çıxa bilmirlər
Tarix: 02-10-2018 21:09 | Bölmə: Siyasət
Yerevanda parlament mühasirəyə alındı: Deputatlar binadan çıxa bilmirlər

Ermənistanın baş naziri Nikol Paşinyan Baqramyan prospektinə gəlib.

Reyting.az
Ermənistan mediasına istinadən bildirir ki, parlamentin binası qarşısına toplaşanlar “Milli Məclis reqlamenti haqqıda” qanuna dəyişikliklərə etiraz edirlər.

“Mən Baqramyan 26-dakı öz kabinetimə gedirəm, çox vacib işim var, sonra qayıdacağam”, - Paşinyan toplaşanlara deyib.

Qeyd edək ki, ermənilər parlamentin çıxışını bağlayıblar və deputatlar binanı tərk edə bilmirlər.

Bundan əvvəl parlament növbədənkənar iclasda adıçəkilən qanuna dəyişikliyi qəbul edib. “Çıxış” fraksiyasının deputatları Paşinyanın çağırışından sonra iclası boykot ediblər.

Dəyişiklik parlamentin buraxılmasına yol verilməməsini nəzərdə tutur.

Paşinyan isə bəyan edib ki, layihənin qəbul edilməsi "əksinqilabın rəsmi başlanğıcı" demək olacaq.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}