17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiya 31 ölkəyə qarşı tədbir görəcək - Zaxarova
Tarix: 03-10-2018 17:13 | Bölmə: Siyasət
Rusiya 31 ölkəyə qarşı tədbir görəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiya sərhədi yaxınlığında keçirəcəyi "Trident Juncture 2108" hərbi təliminə etiraz edib.

Reyting.az
bildirir ki, Zaxarova NATO-nun oktyabrın sonunda reallaşdıracağı hərbi təlim ilə bağlı yazılı bəyanat verib.

Norveçin ABŞ dəniz qüvvələrinə məxsus əsgərlərini torpaqlarında yerləşdirilməsini "dost olmayan addım" kimi səciyyələndirən Zaxarova, Rusiya sərhədlərində 30-dan artıq ölkədən 40 mindən çox əsgərin iştirak edəcəyi hərbi təlimin NATO-nun Norveç tarixindəki ən böyük təlimi olacağına diqqəti çəkib.

Rusiya 31 ölkəyə qarşı tədbir görəcək

Zaxarova aparıcı NATO ölkələrinin Rusiya sərhədində hərbi varlığını artırdığını bildirərək deyib: "NATO-nun bütün bu hazırlıqları gözardı ediləcək. Rusiya təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görəcəkdir".

NATO-nun "Trident Juncture 2018" hərbi təlimi Norveçdə oktyabrın 25-də başlayacaq. NATO-nun baş katibi Jens Stoltenberq, bu təlimin ittifaqın son illərdəki ən böyük təlimlərindən biri olacağını bildirmişdi.

Stoltenberq yalnız "müdafiə məqsədli" olan təlimə 31 ölkədən təxminən 45 min əsgər, 150 təyyarə, 60 gəmi ilə 10 mindən çox avtomobilin qatılacağını açıqlamışdı.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}