12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Putin neftin qiymət artımının səbəbkarını açıqlayıb
Tarix: 03-10-2018 17:52 | Bölmə: Siyasət
Putin neftin qiymət artımının səbəbkarını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin deyib ki, əgər Amerika prezidenti Donald Trampla neftin qiymətinin artmasının səbəbini müzakirə etsəydi, ona günahkarı harada axtarmağı göstərərdi.

Reyting.az
bildirir ki, Rusiya prezidentinin fikrincə, vəziyyətin səbəbkarı Tramp özüdür.

“ABŞ prezidenti ilə bizim Helsinkidə çox yaxşı görüşümüz olub, lakin əgər biz indi müzakirə etdiyimiz mövzuya toxunsaydıq, mən ona deyərdim ki, əgər sən neftin qiymətinin artmasının günahkarını tapmaq istəyirsənsə, Donald, sənin güzgüyə baxmağın lazımdır”, - Putin vurğulayıb.

Bundan əvvəl neft ticarətçiləri bəyan ediblər ki, ABŞ-ın İrandan neft tədarükünə qadağa qoymasından sonra neftin bir barellinin qiyməti 100 dollara qədər artacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib