16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Deputatlığa namizədin qərargahı partladıldı - Üç nəfər öldü
Tarix: 09-10-2018 18:13 | Bölmə: Siyasət
Deputatlığa namizədin qərargahı partladıldı

Əfqanıstanın cənubundakı Gilmənd vilayətinin Laşkarqah şəhərində parlamentə namizədin seçki qərargahında partlayış törədilib.

Reyting.az bildirir ki, 1 TV televizya kanalının məlumatına görə, 3 nəfər həlak olub, namizədlə birlikdə daha 5 nəfər yaralanıb.

Terror aktının təşkilatçısının İraq-Şam İslam Dövləti olduğu bildirilir.

İŞİD ötən həftə başqa bir namizədin seçkiqabağı görüşü zamanı da partlayış təşkil edib.

Ölkədə yüksək terror aktivliyi olması səbəbindən iki il təxirə salınan parlament seçkiləri oktyabrın 20-də keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}