10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Diaspor Komitəsi yeni layihəyə start verib
Tarix: 11-10-2018 13:55 | Bölmə: Siyasət
Diaspor Komitəsi yeni layihəyə start verib

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verib.

Reyting.az-a komitədən verilən məlumatda bildirilir ki, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə vətənlərini - Azərbaycanı salamlayacaq.

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxlarını Dövlət Komitəsinin rəsmi sosial şəbəkə ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}