Bütün pis adamlar Ağ evdə bir araya gəlib: İran prezidenti
Tarix: 14-10-2018 18:45 | Bölmə: Siyasət
Bütün pis adamlar Ağ evdə bir araya gəlib: İran prezidenti

İran prezidenti Həsən Ruhani Vaşinqton rəhbərliyini dörd mərhələli həyata keçirdiyi planla İranda rejim dəyişikliyi etməyə çalışmaqla günahlandırıb.

Reyting.az İran mediasına istinadən bildirir ki, Tehran Universitetində yeni akademik ilin başlanğıc mərasimində danışan Ruhani, Amerika tarixində bugünkü qədər heç bir hakimiyyətin İrana bu qədər düşməncəsinə rəftar etmədiyini söyləyib.

Bütün pis adamlar Ağ evdə bir araya gəlib

Ruhaninin sözlərinə görə, keçmişdə bir-iki nəfər düşmən kimi davranırdı, digərlərinin düşmənçiliyi orta səviyyədə olurdu, bu gün isə bütün pislər Ağ evdə bir araya gəlmiş haldadır.

ABŞ rəhbərliyinin İran planının dörd mərhələli olduğunu iddia edən Ruhani deyib: "ABŞ ilk əvvəl psixoloji müharibə başlatdı, hazırda isə iqtisadi müharibə aparır. Üçüncü mərhələdə İrandakı hakimiyyətin funksionallığını mühakimə etməyə çalışacaq olan ABŞ, son olaraq da hakimiyyətin legitimliyini hədəfə alıb rejim dəyişikliyi istəyəcək".

ABŞ İrana qarşı edəcəklərinin hamısını etdi

ABŞ-ın noyabrın 4-də İrana qarışı başlayacağı iqtisadi sanksiyalardan sonra mənfi mənada ölkəsində heç nə baş verməyəcəyini dilə gətirən Ruhani,"ABŞ, bu günə qədər əlindən nə gəlirsə edib. Noyabrın 4-dən sonra yeni bir şey olmayacaq. Xalq narahat olmasın" , - açıqlamasını da edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}