11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Rusiya İrana ABŞ sanksiyalarından xilas olmağa kömək edəcək
Tarix: 15-10-2018 11:46 | Bölmə: Siyasət
Rusiya İrana ABŞ sanksiyalarından xilas olmağa kömək edəcək

Rusiya İrana ABŞ-ın sanksiyalarından zərərsiz ötüşməyə kömək etməyə hazırdır.

Reyting.az bildirir ki, bu haqda İsrailin mako.co.il informasiya agentliyi öz ölkəsinin Xarici İşlər Nazirliyinin sənədinə istinadən məlumat yayıb.
Moskva bunun üçün yerli neftayırma zavodlarının sxemini işə salacaq.

Agentliyin məlumatına görə, ABŞ-ın İran əleyhinə neft ixracına qadağa ilə bağlı sanksiyaları qüvvəyə minəndən sonra yanacaq Rusiya ərazisindəki neftayırma zavodlarına daşınacaq, oradan isə son alıcılara çatdırılacaq. Tehran bu zaman Moskvadan ödəniş alacaq.

İrandan Rusiyaya neft daşınmasının Xəzər dənizi vasitəsilə gerçəkləşdiriləcəyi gözlənilir.

ABŞ-ın İrana qarşı yeni sanksiyalar paketi noyabr ayında qüvvəyə inəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}