İranlı məmur Ermənistana dəstək olacaq layihə təklif etdi
Tarix: 15-10-2018 14:09 | Bölmə: Siyasət
İranlı məmur Ermənistana dəstək olacaq layihə təklif etdi

İran parlamentinin büdcə planlaşdırılması üzrə komissiyasının üzvü Hadi Qəvami Araz çayı və Mehri azad zonasında investisiyaların tətbiqi üçün İran və Ermənistan arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Reyting.az İran mediasına istinadən bildirir ki, onun sözlərinə görə, azad iqtisadi zonalarda bu ərazidə avadanlıqlarla təchiz edilmiş neft emalı zavodlarının yaradılmasından böyük gəlir götürmək olar və bu vəziyyətdə ölkəsi sanksiyalardan da uğurla çıxa bilər.

Qəvaminin fikrincə, Ermənistanla dostluq münasibətlərinin qurulmasını nəzərə almaqla iki ölkənin potensialını üzə çıxarmaq və ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına nail olmaq mümkündür.

İranlı məmur Ermənistana dəstək olacaq layihə təklif etdi

“Hazırda İran qazı Ermənistana elektrik enerjisi mübadiləsi ilə verilir, yanacaq çatdırılması sahəsində əməkdaşlığı genişləndirməklə sanksiyalara görə gələcəkdə ortaya çıxa biləcək problemlərin çoxunu həll etmək olar”, - Qəvami vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Araz çayı və Mehri azad zonasında 200 000 barell gücündə neft emalı zavodu tikməklə ölkəsi böyük gəlir əldə edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}