Jirinovskidən sərsəm təklif: Yeni Rusiya raketlərindən biri mənim şərəfimə adlandırılsın
Tarix: 15-10-2018 17:15 | Bölmə: Siyasət
Jirinovskidən sərsəm təklif: Yeni Rusiya raketlərindən biri mənim şərəfimə adlandırılsın

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski gələcəkdə istənilən ölkənin səmasının uçuşlara bağlaya biləcək Rusiyanın yeni silahı üçün bir neçə ad təklif edib.

Reyting.az xəbər verir ki, o, silahlardan birinin də özünün şərəfinə olmasını istəyir.

“Əlbəttə, bizim parametrləri geniş ictimaiyyətə məlum olmayan gizli silah növlərimiz var. Bundan başqa, yeni raket sistemi də tezliklə peyda olacaq. O, istənilən ölkənin səmasını uçuşlara bağlaya biləcək imkanda olacaq... Yaxud əksinə - özgəsinin müdafiə sistemlərini dəf etməklə Yer kürəsinin istənilən nöqtəsinə gözlənilməz zərbə vura biləcək”, - Jirinovski özünün Telegram-kanalında yazıb.

Lakin, siyasətçi qeyd edib ki, bunların bəzilərinin hələ də konkret adı yoxdur.

“Ona görə fürsətdən istifadə edib xatırlatmaq istəyirəm ki, mən öz variantlarımı artıq Müdafiə Nazirliyinə göndərmişəm. Belə çox güclü silahları adı düşmənləri qorxutmalıdır. Bu, S-600, yaxud C-700 olmaya bilər, əvəzində “Yox etmə”, yaxud “Sarsıdıcı”, “Aman olmadan”, “İldırım sürətli”, “Cəhənnəm karuseli”, “Amansız”, “Ölüm mələyi”, “Şeytanın səsi”. Raketi “VVJ” də adlandırmaq olar.

Mən xaricdə ən tanınmış rus siyasətçilərindən biriyəm və həmişə Rusiyanın sərt xarici siyasətinin tərəfdarı kimi çıxış edirəm. Avropa Şurasında mənim çıxışlarımı yaxşı xatırlayırlar. Ona görə “VVJ” tamamilə yerinə düşər”, - Jirinovski vurğulayıb.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}