17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
12 siyasi partiya müraciəti müsbət cavablandırıb
Tarix: 16-10-2018 12:31 | Bölmə: Siyasət
12 siyasi partiya müraciəti müsbət cavablandırıb

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib. Partiyadan Reyting.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, partiyanın 20 illiyi və bəzi təşkilati məsələlər müzakirə olunub.

“ALDP-20” Təşkilat Komitəsinin sədri Tərlan Həsənov toplantı iştrakçılarına yübiley tədbirlərinin proqramını təqdim edib.

ALDP Gənclər Təşkilatının (GT) sədri Vaqif Eyvazov “ALDP-20” kuboku uğrunda futbol yarışmalarının keçirilməsilə bağlı toplantı iştrakçılarına ilkin hesabat verib.

Vaqif Eyvazov deyib ki, partiya rəhbərliyi adından 12 siyasi partiyaya müraciət edərək, müsbət cavablar alıblar: “Bu da yarışın daha maraqlı keçəcəyi deməkdir. Amma biz də öz tərəfimizdən ciddi hazırlaşırıq və inanıram ki, “ALDP-20” Kubokunun qalibi biz olacağıq.”

İclasda daha sonra ALDP-nin bəzi təşkilati məsələləri müzakirə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}