16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Londonda Brexit əleyhinə möhtəşəm mitinq - Fotolar
Tarix: 20-10-2018 19:29 | Bölmə: Siyasət
Londonda Brexit əleyhinə möhtəşəm mitinq

Londonda Brexit üzrə təkrar referendumun dəstəklənməsi nümayişinin təşkilatçıları aksiyada 500 mindən çox adamın iştirak etdiyini açıqlayıblar.

Reyting.az bildirir ki, People’s Votenin təşkil etdiyi aksiya Leyn parkından başlayıb və Parlament meydanında başa çatıb.

Londonda Brexit əleyhinə möhtəşəm mitinq

Nümayişdə çox sayda tanınmış adam fikrini söyləyib: onların arasında tanınmış paz Delia Smit, biznesvuman Debora Miden və Londonun meri Sadik Xan da olub.

People’s Vote şirkətindən bildirilib ki, bəzi qiymətləndirmələrə görə nümayişdə iştirak edənlərin sayı 570 min nəfərə çatıb.

Londonda Brexit əleyhinə möhtəşəm mitinq

London meri baş verənləri demokratiyanın tarixi anları adlandırıb. Onun sözlərinə görə, Londonun hər tərəfindən minlərlə adamın yığıldığı bu an söylənilənlər eşidilməlidir.

Londonda Brexit əleyhinə möhtəşəm mitinq

Şotlandiyanın birinci naziri Nikola Sterdjen bəyan edib ki, əgər Brexit məsələsi İcmalar Palatasının qarşısında qaldırılarsa, onda Şotlandiya milli partiyasının parlamentdəki üzvləri Avropa İttifaqında qalmağın mümkünlüyü də olmaqla People’s Voteni dəstəkləyəcək.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}