Tramp Şimali Koreyadan gələn “sevgi məktubu”nu açıqlayacaq
Tarix: 22-10-2018 12:39 | Bölmə: Siyasət
Tramp Şimali Koreyadan gələn “sevgi məktubu”nu açıqlayacaq

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen Indan aldığı və “sevgi məktubu” adlandırdığı məktubu göstərəcəyinə vəd verib.

Reyting.az xəbər verir ki, Ağ evin rəhbəri ilə müsahibəni “The Washington Post” qəzeti yayıb.

“Mən sizə məktub göstərəcəyəm. O, sevgi məktubuna oxşayır”, - ABŞ prezidenti söyləyib.

Qəzet qeyd edir ki, Tramp özü bu mövzuya toxunaraq KİV-in tez-tez Koreya ilə bağlı siyasətinə görə onu tənqid etdiklərini bildirib.

Amerikanın lideri zarafat etmək qərarına gəlib və Şimali Koreya liderindən aldığı məktuba istinad edərək deyib ki, Kim Çen Ina “vurulub”. Onun sözlərinə görə, məktub onların məhsuldar əməkdaşlığını təsdiqləyir.

Məktubun çap olunub-olunmaması isə hələ ki məlum deyil.

Vaşinqton administrasiyasının rəhbəri artıq birinci dəfə deyil ki, Şimali Koreyanın lideri ilə “bir-birini sevdikləri” ilə bağlı zarafat edir.

2018-ci ilin sentyabr ayında ABŞ prezidenti etiraf edib ki, Şimali Koreya liderindən “gözəl məktub” alıb.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Amerika prezidenti və Şimali Koreya lideri bağlı qapılar arxasında görüşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}