16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İstanbulda tarixi sammit başlayıb - Fotolar
Tarix: 27-10-2018 19:07 | Bölmə: Siyasət
İstanbulda tarixi sammit başlayıb

Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin iştirak etdiyi dördlü Suriya toplantısı, İstanbulda başlayıb.

Reyting.az xəbər verir ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan "Bütün dünyanın gözü bu iclasdadır. Gözləntiləri boşa çıkarmayacağımıza inanıram", -deyib.

İstanbulda tarixi sammit başlayıb

Sammitə ev sahibliyi edən prezident Ərdoğan, həlledici görüş öncəsi Almaniyanın baş naziri Merkel, Rusiya lideri Putin və Fransa prezidenti Makronla təkbətək görüşüb.

İstanbulda tarixi sammit başlayıb

Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin iştirak etdiyi sammit dəqiqələr əvvəl başlayıb.

Ərdoğan, sammitin açılışında deyib: "Suriyalı qardaşlarımız başda olmaq üzrə bütün dünyanın gözləri hazırda bu görüşümüzə yönəlmiş vəziyyətdədir. Səmimi və konstruktiv bir anlayışla hərəkət edərək bu gözləntiləri boşa çıkarmayacağımıza inanıram.

İstanbulda tarixi sammit başlayıb

Suriya cənab Putin ilə müzakirələrimizdə ən prioritet məsələlər arasında yer alır. Cənab Makron və xanım Merkel ilə də yaxın təmasda olmağa, onları proses haqqında məlumatlandırmağa daim qayğı göstərdik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}