Ərdoğan Ukrayna prezidentini Türkiyəyə dəvət edib
Tarix: 28-10-2018 10:13 | Bölmə: Siyasət
Ərdoğan Ukrayna prezidentini Türkiyəyə dəvət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenkonu ölkəsinə rəsmi səfərə dəvət edib.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, Poroşenko noyabrın 3-də Ankarada baş tutacaq Türkiyə-Ukrayna yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının yeddinci iclasında da iştirak edəcək.

Diplomatik mənbələrdən verilkən məlumata görə, görüşdə Krım tatar xalqı Məclisinin nümayəndələri də iştirak edəcəklər.

Tərəflərin azad ticarət, təhglükəsizliyin möhkəmləndirilməsi və teerrorla mübarizə razılaşmasının imzalanması məsələsini müzakirə edəcəkləri, Krım tatarları ilə bağlı vəziyyəti və Rusiya hakimiyyətinin işğalı nəticəsində onların hüquqlarının pozulmasını ətraflı təhlil edəcəkləri planlaşdırılır.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}