07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Gürcüstandakı seçkilərdə seçicilər fikirlərini azad ifadə ediblər – MSK üzvü
Tarix: 28-10-2018 21:27 | Bölmə: Siyasət
Gürcüstandakı seçkilərdə seçicilər fikirlərini azad ifadə ediblər

“Gürcüstanda keçirilmiş prezident seçkilərində seçicilər azad şəkildə öz fikirlərini ifadə edə biliblər”.

Reyting.az
xəbər verir ki, bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında qonşu ölkədəki bugünkü seçkiləri müşahidə etmiş Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü İlham Məmmədov deyib.

O bildirib ki, seçicilərin fikirlərini ifadə etmələrinə heç bir təsir olmayıb:

“Müşahidə apardığımız məntəqələrdə seçkilərin keçirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun bütün lazımi şərait yaradılıb. Seçkilər ümumilikdə stabil şəraitdə keçirilib”.

İ. Məmmədov Gürcüstanda baş tutmuş prezident seçkilərinin gürcü xalqının gələcəkdə daha firavan və demokratik şəraitdə yaşamasını təmin edəcəyini deyib.

Qeyd edək ki, qonşu ölkədəki prezident seçkilərini Azərbaycan MSK-nın iki üzvü və iki aparat əməkdaşı olmaqla 4 nəfərdən ibarət nümayəndə heyəti müşahidə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}