Fəzail Ağamalı: "Prezident İlham Əliyevin ideyası Türkiyədə həyata keçirildi"
Tarix: 30-10-2018 12:54 | Bölmə: Siyasət
Fəzail Ağamalı: "Prezident İlham Əliyevin ideyası Türkiyədə həyata keçirildi"

“Türkiyədə Azərbaycan prezidenti İlham Əliyevin ideyası və SOCAR-ın təşkilatçılığı ilə son dərəcə uğurlu layihə həyata keçirilib. Bu, STAR Neft Emalı Zavodunun açılmasıdır. Bu layihə bir daha Azərbaycan və Türkiyə qardaşlığının ifadəsi kimi tarixə düşdü”.

Reyting.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Onun fikrincə, bu layihə həm Türkiyəyə, həm də Azərbaycana ciddi iqtisadi və maliyyə dividendləri gətirəcək

“Layihə iki ölkə arasında münasibətlərin bundan sonra daha ciddi inkişafında mühüm rol oynayacaq. Azərbaycanda neft strategiyasını ulu öndər Heydər Əliyev qoyub, hazırda prezident İlham Əliyev uğurla davam etdirir”, - Fəzail Ağamalı vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}