İsrailin Azərbaycandakı səfiri Dövlət Komitəsində olub - Foto
Tarix: 31-10-2018 17:22 | Bölmə: Siyasət
İsrailin Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavi ilə görüş keçirilib.

Reyting.az-a komitədən verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əlaqələr, İsraildəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, Azərbaycandakı yəhudi icması və hər iki xalqın diasporu arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Dövlət Komitəsinin rəhbərliyi Azərbaycan və İsrail dövlət başçılarının görüşlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Mədəni, elmi, humanitar, diaspor və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi qeyd olunub. Bu istiqamətdə İsraildəki Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı yəhudi icmasının böyük töhfələr verdiyi bildirilib.

Azərbaycan xalqının tolerant və sülhsevər olduğunu deyən səfir hər zaman yəhudilərin azərbaycanlılarla dostcasına yaşadığını bildirərək, ölkələr arasında əlaqələrin inkişaf etdiyini deyib. O, Azərbaycandakı yəhudi icmasının fəal icmalardan biri olduğunu qeyd edib.

Müzakirələr zamanı yəhudi diasporunun təcrübəsinin öyrənilməsi, müxtəlif ölkələrdə olan Azərbaycan və yəhudi diasporu arasında əməkdaşlığın gücləndirilməsi və digər qarşlıqlı maraq doğuran məsələrə dair fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komitəsinin rəhbərliyi adından səfir Dan Staviyə xatirə hədiyyəsi təqdim edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}