16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Tahir Kərimli himnimizin həcminin azaldılmasını təklif etdi
Tarix: 02-11-2018 13:30 | Bölmə: Siyasət
Tahir Kərimli himnimizin həcminin azaldılmasını təklif etdi

“Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Amma digər himnlər 2-2,5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı”.

Reyting.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.

Onun fikrincə, hər kəs himni sevməlidir: “Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır. Bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}