23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Tbilisidə “Mişaya yox!” aksiyası keçirilib
Tarix: 04-11-2018 19:35 | Bölmə: Siyasət
Tbilisidə “Mişaya yox!” aksiyası keçirilib

Noyabrın 4-də Gürcüstan paytaxtında “Mişaya yox – Milli hərəkata yox” şüarı ilə aksiya keçirilib.

Reyting.az Gürcüstan mediasına istinadən bildirir ki, Vere parkında keçirilən mitinq iştirakçıları keçmiş hakim “Milli hərəkat” partiyasının hakimiyyətə qayıdışına imkan verilməməsi üçün seçicilərin prezident seçkilərinin ikinci turunda maksimum səfərbər olunmasının vacibliyini bəyan ediblər.

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirilib və 25 namizəddən heç biri qələbə üçün lazım olan 50 faizdən çox səs toplaya bilməyib.

Dekabrın 2-dək ikinci tur keçirilməlidir. Bu turda hakim “Gürcü arzusu” partiyanın dəstəklədiyi Salome Zurabişvili (38,64 faiz) və 11 müxalifət partiyası birliyinin nümayəndəsi olan “Vahid milli hərəkat”ın üzvü Qriqol Vaşadze (37,73 faiz) iştirak edəcəklər.

Bugünkü mitinqə ictimaiyyət və şou-biznes nümayəndələri – Zurabişvilinin seçkiqabağı kampaniyasında aktiv iştirak edən şair David Baqradze, rejissor Qoqa Xaindrava, Emzara Kvitsianin bacısı Arqvliani və başqaları gəliblər.

“Mişaya yox” mitinqinin təşkilatçıları prezident seçkilərinin ikinci turuna qədər Tbilisidə və regionlarda bir neçə bunabənzər aksiyalar keçirməyi planlaşdırırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}