600-dən çox şirkət və fiziki şəxsə sanksiya tətbiq olunacaq - Foto
Tarix: 04-11-2018 22:21 | Bölmə: Siyasət
600-dən çox şirkət və fiziki şəxsə sanksiya tətbiq olunacaq

ABŞ-ın dövlət katibi Mayk Pompeo "Fox News" telekanalına müsahibəsində Birləşmiş Ştatların İrana qarşı sanksiyalarından danışıb.

ABŞ rəsmisi sanksiyaların 600-dən çox şirkət və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirib.

M. Pompeo deyib ki, ABŞ Maliyyə Nazirliyinin Departamenti sanksiyalar siyahısına İranın 600-dən çox fiziki şəxsini və şirkətini daxil edəcək: “Onlar İran rejiminin davranışına təsir etməli olacaqlar. Bu, bizim ümidlərimizdir. Bu, prezident Tramp tərəfindən keçirilən siyasətin səbəbidir", - deyə Pompeo vurğulayıb.

600-dən çox şirkət və fiziki şəxsə sanksiya tətbiq olunacaq
Pompeo

Pompeo əlavə edib ki, sanksiyalar artıq İranın iqtisadiyyatına böyük təsir göstərib. Çünki avropalı partnyorlar qabaqcadan bu ölkədən öz bizneslərini çıxarmağa başlayıblar: "Yüzlərlə şirkət İranı tərk etdi".

"Biz artıq İranın gündəlik milyon bareldən çox xam neftinin ixracını azaltdıq. Bu say (İran neftinin çatdırılması) sonra da azalacaq. Bir neçə ölkə artıq neft ixracını əhəmiyyətli dərəcədə azaltdı. Sıfıra çatmaq üçün bir az daha çox vaxt lazımdır", - deyə dövlət katibi qeyd edib.

Qeyd edək ki, Pompeo daha əvvəl ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin qeyd etdiyi rəqəmdən aşağı rəqəm açıqlayıb.

S. Mnuçin sanksiya siyahısına İranın 700-dən çox fiziki və hüquqi şəxsin salınacağını bildirib. Onlardan bəzilərinin adları ABŞ-ın əvvəlki sanksiyalar siyahısında olmayıb.(Report)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}