23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Zahid Oruc “Azərenerji”nin əleyhinə danışdı
Tarix: 05-11-2018 12:44 | Bölmə: Siyasət
Zahid Oruc “Azərenerji”nin əleyhinə danışdı

“Azərenerji” bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək? Bu məsələyə aydınlıq gətirilməlidir.

Reyting.az bildirir ki, bunu deputat Zahid Oruc Milli Məclisin komitələrində 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun fikrincə, "Azərenerji" uzun illərdir ARDNŞ xəttindən dotasiya alan və sonra da borcları silinən sektor olaraq qalır:

“Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək. Azərbaycan çox haqlı öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Prezident çox haqlı olaraq məlum müşavirədə "Azərenerji" rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəyib?”

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}