23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Dövlət Komitəsi Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq edəcək
Tarix: 08-11-2018 12:39 | Bölmə: Siyasət
Dövlət Komitəsi Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq edəcək

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

Reyting.az-a komitədən verilən məlumata görə, görüşdə İsveç-Azərbaycan əlaqələrinin tarixindən söz açan mərkəzin rəhbəri Aleksander Husebye, məşhur “Nobel qardaşlarının neft istehsalı şirkətinin” ölkəmizdə fəaliyyətindən danışaraq, bununla bağlı kitabın hazırlandığını və 2020-ci ildə işıq üzü görəcəyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qəbula görə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi-tarixi araşdırmalar böyük maraq doğurur.

“Nobel qardaşlarının neft istehsalı şirkətinin” Azərbaycandakı fəaliyyətinə toxunan Dövlət Komitəsinin sədri bu barədə kitabların yazıldığını və hətta filmin də çəkildiyini vurğulayıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq layihələri müzakirə olunaraq, birgə fəaliyyətin həyata keçirilməsi istiqamətində danışıqların aparılması qərarı verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}