23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
ABŞ Dağlıq Qarabağla bağlı status-kvonu qəbuledilməz sayır
Tarix: 09-11-2018 08:48 | Bölmə: Siyasət
ABŞ Dağlıq Qarabağla bağlı status-kvonu qəbuledilməz sayır

“ATƏT ərazisində münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin nizamlanmasını vacib hesab edir. Bununla əlaqədar olaraq ABŞ son həftələr prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksəkvəzifəli nümayəndələrini Ermənistan və Azərbaycana göndərib”.

Reyting.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiya rəhbərinin müavini səlahiyyətlərini icra edən Greqori Makris qurumun Daimi Şurasının iclası zamanı deyib:

"ABŞ bu münaqişənin hərbi yolla həllinin olmaması mövqeyi ilə razıdır. Status-kvo qəbuledilməzdir. ABŞ münaqişənin Helsinki yekun aktında qeyd olunduğu kimi güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir", - deyə Makris bildirib.(Mənbə: Report)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}