23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Əleyhdarları deputata qarşı çirkin kampaniyaya başlayıb; İş məhkəmədə araşdırılacaq
Tarix: 09-11-2018 21:44 | Bölmə: Siyasət
Əleyhdarları deputata qarşı çirkin kampaniyaya başlayıb; İş məhkəmədə araşdırılacaq

“BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin Milli Məclisdəki çıxışlarını, təklifərini son günlər məqsədli şəkildə təhrif edib mətbuatda, sosial şəbəkədə yayırlar. Bunu sifariş verənlərin kim olduqlarını çox yaxşı bilirik".

Reyting.az
xəbər verir ki, bunu BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, bu sifarişi yerinə yetirənlərin məqsədi bəllidir:

"Düşünürlər ki, belə vasitələrlə Qüdrət bəyin nüfuzuna zərbə vuracaqlar. Hər kəs və o cümlədən də Azərbaycan cəmiyyəti çox yaxşı bilir ki, Qüdrət Həsənquliyev öz xalqına, dövlətinə və prinsiplərinə hər zaman sadiq olub! Dövlət və milli maraqları hər zaman qoruyub! Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün bir milət vəkili kimi müsbət təkiflərlə çıxış edib”.

Əleyhdarları deputata qarşı çirkin kampaniyaya başlayıb; İş məhkəmədə araşdırılacaq
N. Orduxanlı

Sədr müavini qeyd edib ki, son günlər sosial şəbəkədə Q. Həsənquliyevin Milli Məclisdəki cıxışını tam şəkildə vermirlər, kəsərək təhrif olunmuş formada yayırlar:

“Hər kəsin gözü qarşısında çıxış edən Qüdrət bəy Sinqapurun baş naziri Li Kuanin öz ölkəsində korrupsiyaya qarşı mübarizə metodunu və islahatların aparılmasını misal çəkib. Sinqapur nümunəsində ölkənin hakimlərinin, nazirlərinin və dövlət məmurlarının əmək haqlarının yüz minlərlə dollara qaldırılmasını və bunun nəticəsində korrupsiyanın tamamilə aradan qalxmasına nail olunduğunu bildirib. İslahatların daha da dərinləşməsi üçün bundan başlanılmasının önəmini qeyd edib. Həmçinin, ölkəmizdə orta əmək haqqının, yəni, təhsil, səhiyyə və s. sahələrdə çalışan şəxslərin maaşlarının 3000 manata qaldırılmasını və belə olduğu təqdirdə spikerin, deputatın əmək haqqının 8000 manat ola biləcəyini qeyd edib. Bunun nəyi pisdir ki?! Bu gün faktiki olaraq ölkəmizdə orta əmək haqqı 500 manat təşkil edir və deputat da 2500-3000 manat əmək haqqı alır.

Digər bir məsələ. İki gün bundan qabaq, Milli Məclisin komitə iclasında onlarla şəxsin, mətbuat nümayəndəsinin önündə çıxış edən Qüdrət Həsənquliyev deyib ki, "Cənab Prezident 1 may 2017-ci ildə fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Yaxşı olardı ki, Milli Məclisə də heç olmasa, buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.

N. Orduxanlı qeyd edib ki, komitə iclası bitməmiş bəzi mətbu orqanlar yenə də Q. Həsənquliyevin çıxışını təhrif edərək yayıblar:

“Bir daha qeyd etmək istəyirəm ki, bu adamlar düşünməsin ki, onların böhtanlarına, şantajlarına sona qədər dözəcəyik. Hər biri yaxın zamanlarda onlar məhkəmə qarşısında cavab verəcəklər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}