23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Fransa prezidentinə sui-qəsd hazırlığının təfərrüatları açıqlanıb
Tarix: 10-11-2018 16:59 | Bölmə: Siyasət
Fransa prezidentinə sui-qəsd hazırlığının təfərrüatları açıqlanıb

Şübhəlinin sözlərinə görə, cinayətin sifarişçisi keçmiş fransalı biznesmen, 62 yaşlı Jan-Pyer B.-dir

Fransa prezidenti Emmanuel Makrona planlaşdırılan sui-qəsd planlaşdıranlar ifadələri zamanı cinayətə hazırlıqla bağlı danışıb.

Reyting.az bildirir ki, bu barədə France 2 telekanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

Onlar Makrona Birinci dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı ölkənin şimalında keçiriləcək təntənəli mərasim zamanı bıçaqla hücum etmək istəyiblər.

Mənbələr onu da qeyd edir ki, iki şübhəli az sonra buraxılıb, 4-ü isə günahlarını tam boyunlarına alıblar. Cinayətin sifarişçisi, onların sözlərinə görə, keçmiş fransalı biznesmen, 62 yaşlı Jan-Pyer B. olub.

Axtarış zamanı hüquq-mühafizə orqanları hücum zamanı istifadə edəcəkləri keramika bıçağı aşkar ediblər. O, iş adamının maşınında tapılıb.

Xatırladaq ki, noyabrın 6-da Fransanın Daxili təhlükəsizlik baş idarəsinin əməkdaşları Fransa prezidenti Emmanuel Makrona sui-qəsd hazırlayan 6 nəfəri saxlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}