Tahir Kərimli: "Mən Ağsu rayonunda camaatın arasına necə çıxım?"
Tarix: 15-11-2018 11:52 | Bölmə: Siyasət
Tahir Kərimli: "Mən Ağsu rayonunda camaatın arasına necə çıxım?"

Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun şəkildə cəmiyyətə çatdırılar. Bir müddət öncə himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var... Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki...

Reyting.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Onun iddiasına görə, çıxışından sonra saytlarda tənqid və təhdid olunub: “Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə, bilmirəm kimlərinsə ürəyi sızlayacaq, ya yox? Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın arasına necə çıxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular... Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}