12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Birinci ledi ilə təyyarədə dava edən məmur işdən qovuldu - Fotolar
Tarix: 15-11-2018 16:22 | Bölmə: Siyasət
Birinci ledi ilə təyyarədə dava edən məmur işdən qovuldu

ABŞ-ın birinci xanım Melania Trampın vəzifədən alınmasını istədiyi Təhlükəsizlik Üzrə Müşavir müavini Mira Ricardelin işdən çıxarılıb.

Reyting.az bildirir ki, Ağ evin sözçüsü "Ricardelin Ağ evi rəhbərlikdəki başqa bir rol üçün buraxdığını" söyləyib və daha ətraflı açıqlama verməyib.

Melania Trampın keçən ay Afrika səfəri zamanı Ricardel ilə təyyarədə yer davası apardığı xəbəri yayılmışdı.

Birinci ledi ilə təyyarədə dava edən məmur işdən qovuldu

Melania Trampın sözçüsü, "Ricardel, artıq Ağ evdə xidmət şərəfini haqq etmir" demişdi.

Birinci xanım, Afrika səfəri zamanı açıqlamasında Ricardelin adını vermədən Ağ evdə güvənmədiyi şəxslərin vəzifədə olduğunu söyləmişdi.

Digər məlumata görə, birinci ledi yeddi ay əvvəl Milli Təhlükəsizlik müşaviri Con Boltonun müavini gətirilən Ricardeli özü və qrupu haqqında "mənfi informasiyalar" yaymaqla günahlandırır.

Birinci ledi ilə təyyarədə dava edən məmur işdən qovuldu

Melania Trampın müdafiə naziri Ceyms Mattisle də "kadr seçimi və siyasi fikir ayrılıqları səbəbindən" dəfələrlə mübahisə etdiyi söylənilir.

Ancaq birinci ledinin sözçüsü, Melania Tramp ilə Kelly arasında münaqişə olduğu iddialarını rədd edib.

Birinci ledi ilə təyyarədə dava edən məmur işdən qovuldu

Ağ Evdə keçmişdə buna bənzər böhranlar yaşanıb. Keçmiş prezidentlərdən Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqan, dövrün Ağ ev Baş Katibi ilə dava edib.

Bill Klintonun xanımı Hilllari Klintonun da o vaxt tez-tez Ağ evdəki məsləhətçilərlə mübahisə etdiyi məlum olurdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib