16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Vaşadze Gürcüstanın növbəti prezidenti seçiləcək - Sorğu
Tarix: 16-11-2018 12:49 | Bölmə: Siyasət
Vaşadze Gürcüstanın növbəti prezidenti seçiləcək

Gürcüstanın keçmiş hakim “Vahid milli hərəkat” partiyasının üzvü və “Güc birlikdədir” müxalifət birliyinin prezidentliyə namizədi Qriqol Vaşadze ikinci tur ərəfəsi çox böyük dəstəyə malikdir.

Reyting.az bildirir ki, bu, Rustavi-2 müxalifət telekanalının sifarişi ilə Amerikanın Edison Research şirkətinin sosial araşdırması nəticəsində məlum olub.

Oktyabrın 28-də keçirilən səsvermənin nəticəsinə görə, ikinci tura Qriqol Vaşadze və hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili keçib.

“Əgər bu gün prezident seçkilərinin ikinci turu keçirisəydi, siz kimə səs verərdiniz” sualına sorğu iştirakçılarının 41 faizi Vaşadzenin adını çəkib.

Zurabişvili 36 faiz dəstək alıb. Rəyi soruşuların 15 faizi “bilmirəm/cavab vermirəm” deyib. 8 faiz isə heç kimə səs verməmək niyyətini açıqlayıb.

Sorğuda 2 min seçicinin iştirak etdiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}