23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Putinin dostunu fahişəlik işi üzrə mühakimə edəcəklər - Fotolar
Tarix: 17-11-2018 12:30 | Bölmə: Siyasət
Putinin dostunu fahişəlik işi üzrə mühakimə edəcəklər

İtaliyanın keçmiş baş naziri, Rusiya prezidenti Vladimir Putinin dostu kimi də tanınan Silvio Berluskoni aldatma və fahişəlik işi üzrə məhkəmə qarşısına çıxarılacaq.

Reyting.az xarici mediaya istinadən bildirir ki, istintaq ötən il bərpa olunub.

Bari şəhər məhkəməsində 82 yaşlı milyarder və İtaliya hökumətinin keçmiş başçısı Silvio Berluskoniyə qarşı proses keçiriləcək.

Putinin dostunu fahişəlik işi üzrə mühakimə edəcəklər

Məlumata görə, siyasətçi yalançı şahidlikdə günahlandırılır. Həmçinin işdə Berluskoninin iqamətgahında eskort-qızların iştirakı ilə əyləncə gecələri ilə bağlı da məqamlar var.

İstintaq məlumatına görə, siyasətçi Baridən olan iş adamı Canpaolo Tarantiniyə qalmaqallı iş üzrə onun əleyhinə ifadə verməməsi üçün böyük həcmdə pul verib.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, məhz bu biznesmen 2008-2009-cu illərdə Berluskoniyə Arkore villasında və digər iqamərgahlarda gecə keçirməsi üçün 20-dən çox fahişə gətirib.

Putinin dostunu fahişəlik işi üzrə mühakimə edəcəklər

Tarantini 2011-ci ildə saxlanılıb. Onu sutenyorluqda günahlandırıblar. Berluskoni o zaman inandırmağa çalışıb ki, guya qızların fahişə olduqları ilə bağlı təsəvvürü belə olmayıb.

Berluskonini 2017-ci ilin sentyabr ayında şahidləri ələ almaqda şübhəli bilərək məhkəməyə cəlb etmək planlaşdırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}