16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Paşinyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsindən danışdı
Tarix: 20-11-2018 13:44 | Bölmə: Siyasət
Paşinyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsindən danışdı

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycana əsir düşən Tavuş vilayəti, Berdavan kənd sakini Karen Kazaryanın qohumları ilə görüşməyə hazırdır.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, Paşinyan bu haqda noyabrın 20-də keçirdiyi mətbuat konfransında məlumat verib.

“Mənim arvadım iki dəfə ailəyə baş çəkib. Məsələ heç vaxt diqqətdən kənarda qalmayıb. Ancaq bu günlərdə keçirilən aksiya sual doğurur – o kimin əleyhinə yönəlib? Əgər Azərbaycan hakimiyyətinin əleyhinə yönəlibsə, niyə yolu bağlamaq lazımdır? Bu, ümumiyyətlə Azərbaycanın strateji məqsədlərindən biridir. Əgər bizim əleyhimizədirsə, hesab edirlər ki, problemə kifayət qədər diqqət yetirilmir, onda nəyə görə baş nazirin arvadı iki dəfə ailəyə baş çəkib və belə presedent olubmu ki, bu cür vəziyyətə düşən ailəyə belə diqqət yetirilib? Əgər söhbət Ermənistanın səylərini gücləndirməsindən gedirsə, başa düşmək lazımdır ki, proses Ermənistanın maraqları ilə uyğun olmalıdır, yaxud məsələnin nəyin bahasına olursa-olsun həllini tələb etmək olar, fərqi yoxdur, ictimaiyyət buna necə yanaşacaq və hansı qiymət veriləcək? Bunlar sadə məsələlər deyil”, - Nikoil Paşinyan vurğulayıb.

Paşinyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsindən danışdı

O xatırladıb ki, Azərbaycanda Ermənistanın daha bir vətəndaşı Zaven Karapetyan da (onun 2017-ci ildən əsir düşdüyü bildirilir) əsirlikdədir.

“Niyə ona görə yolları bağlamırlar? Ona görə ki, yetimdir? Bu məntiqi əsas tuturuq?”, - Paşinyan sual verib.

Onun dediyinə görə, Azərbaycan tərəfi “hamını hamı ilə” dəyişməyi təklif edir.

“Biz buna getməliyik? Biz öldürülənlərin ailəsindən soruşmuşuq?” – Paşinyanın növbəti sualı bu olub.

Paşinyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsindən danışdı

Paşinyanın iddiasına görə, Həsən Həsənov (saxlanılan zaman öldürülüb), Dilqəm Əsgərov (Dağlıq Qarabağdakı separatçı rejimin “məhkəməsi” onu ömürlük azadlıqdan məhrum edib) və Şahbaz Quliyev (20 il azadlıqdan məhrum edilib) terror məqsədilə Qarabağda olanda iki nəfər, o cümlədən 18 yaşlı gənc öldürülüb. Belə çıxır ki, Azərbaycana daha iki Ramil Səfərov qaytarmalıyıq? Kazaryanlar ailəsinin faciəsini başa düşürəm və anlayışla qarşılayıram. Lakin birbaşa deyirəm – Gürcüstana gedən yolun bağlanılması mənə aydın deyil. Bu, vəziyyəti düzgün başa düşməməkdir”, - Paşinyan deyib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşadakı həbsxanada saxlanılırlar. Orada Azərbaycanın daha bir vətəndaşı Elnur Hüeynzadə də var.

Azərbaycanda isə Karen Kazaryan və Zaven Karapetyandan başqa 15 il azadlıqdan məhrum edilən və Qarabağdan olan Arsen Baqdasaryan saxlanılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}