Xəzərin hüquqi statusu Moskvada yenidən müzakirə olunub
Tarix: 21-11-2018 22:08 | Bölmə: Siyasət
Xəzərin hüquqi statusu Moskvada yenidən müzakirə olunub

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Xəzər dənizinin hüquqi statusunu müzakirə edib. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Reyting.az
-ın xəbərinə görə, məlumatda deyilir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirlik və idarələrin qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, həmçinin Xəzər dənizinin hüquqi statusu məsələsi müzakirə olunub.

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.(Mənbə: Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}