17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Almaniyada erməni mafiyasının iki üzvü saxlanılıb
Tarix: 22-11-2018 19:04 | Bölmə: Siyasət
Almaniyada erməni mafiyasının iki üzvü saxlanılıb

Almaniyanın Tyurinqiya federal torpağının cinayət polisi idarəsinin müstəntiqlərinin bir neçə aylıq araşdırmasından sonra erməni mafiyasının izinə düşərək klanın iki şübhəli üzvünü həbs ediblər.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, saxlanılanlar 31 yaşlı avtomobil dileri Artur Z. və 26 yaşlı Karo C.dır (adlar dəyişdirilib).

Onlar narkotik ticarətində şübhəli bilinirlər.

Polis əməkdaşları reyd zamanı 35 kiloqram marixuana aşkar ediblər.

Məlumata görə, 10 ilə yaxın əvvəl Ermənistan və Azərbaycandan olan gənclər “Coker” adlı qruplaşmada öz güclərini birləşdiriblər. Onlar ehtimal edilir ki, reketlik, soyğunçuluq və qanunsuznarkotik dövriyyəsi ilə məşğul olublar. Artur Z. və Karo C. dəstənin liderlərindən birinin davamçısı hesab olunur.

Bildirildiyinə görə, “Coker” qruplaşması sonra dağılıb, lakin bu iki nəfər cinayətkar fəaliyyətini davam etdirib. Onlar 2014-cü ilin iyul ayında Erfurt şəhərində erməni klanlar arasında atışmanın iştirakçısı olublar. Hər ikisini atışmanın baş verdiyi bina yaxınlığındakı video müşahidə kamerasındakı yazılarda görmək mümkündür. Artur Z.ni həm də 2016-cı ilin iyun ayında Erfurtda gecə klubunda erməni və moldovalı klanları arasındakı “çəkişmə” videolarında da görmək olur.

Qeyd edilir ki, müstəntiqlər uzun müddət erməni mafiyasının narkotik ticarəti ilə əlaqəsini müəyyənləşdirməyə cəhd ediblər, lakin onların kifayət qədər dəlilləri olmayıb.

Xatırladaq ki, bu ay Almaniya kütləvi informasiya vasitələri erməni mafiyasına qarşı kod adı Fight against thieves in law (“Qanuni oğrularla mübarizə”) kod adlı gizli xüsusi əməliyyatdan yazıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}