15:18 / 29-03-2024
Sabirabadda adam vuran salyanlının cinayət işi məhkəməyə göndərilib
15:05 / 29-03-2024
Azərbaycanda daha bir dərman yoxa çıxarılıb
14:42 / 29-03-2024
Premyer Liqada iki turun təqvimi açıqlanıb
14:15 / 29-03-2024
Kişilərin diqqətinə: 5 il tez pensiyaya çıxa bilərsiniz
13:58 / 29-03-2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:45 / 29-03-2024
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub
13:25 / 29-03-2024
Vergi orqanlarının işçilərinin maaşları artırılır
13:12 / 29-03-2024
İran niyə İsraillə böyük münaqişədən çəkinir?
12:42 / 29-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:27 / 29-03-2024
Deputat Qüdrət Həsənquliyev: "Azərbaycanda belə hadisə olsa, necə olacaq?"
12:17 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb - (Yenilənib)
12:13 / 29-03-2024
Çinin yeni raketi heyrətləndirir
12:08 / 29-03-2024
Rusiyada hərbi səfərbərlik başlayıb
12:07 / 29-03-2024
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
12:04 / 29-03-2024
Səfir Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından danışıb
11:58 / 29-03-2024
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
11:51 / 29-03-2024
Berbok: “Almaniya Qəzzada təhlükəsizliyi təmin edə bilər”
11:41 / 29-03-2024
Bu siniflər üzrə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
11:38 / 29-03-2024
“Su təchizatı və tullantı suları haqqında” qanun dəyişib
11:28 / 29-03-2024
“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb
11:16 / 29-03-2024
Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq
10:56 / 29-03-2024
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
10:41 / 29-03-2024
Üçqat dünya çempionu həbs olunub
10:33 / 29-03-2024
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
10:09 / 29-03-2024
Türkiyənin 20 şəhərində əməliyyat: daha 70 FETÖ üzvü qandallanıb
09:49 / 29-03-2024
Xankəndidə yenə silah-sursat tapılıb
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
14:49 / 25-03-2024
Ermənistan Rusiyadan nə qədər uzaqlaşıb? - İrəvanda çığır-bağır və reallıq
Qarabağ münaqişəsi dünyanın təhlükəsizliyini təhdid edir - Əli Həsənov
Tarix: 26-11-2018 14:10 | Bölmə: Siyasət
Noyabrın 26-da İstanbulda "Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Sammiti keçirilir.
AzərTac xəbər verir ki, Sammit Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən "Beynəlxalq Əməkdaşlıq Platforması” tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur.
Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət başçıları, rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərin və qlobal şirkətlərin rəhbərləri iştirak edirlər.
Beynəlxalq tədbir dünyanın müxtəlif ölkələri arasında iqtisadi, siyasi, diplomatik və enerji sahəsində əlaqələrin daha da dərinləşməsi, dövlətlər arasında müasir dövrün tələblərinə uyğun əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bəşəriyyəti narahat edən məsələlərin həlli üçün birgə fəaliyyət mexanizmlərinin hazırlanması və digər bu kimi mühüm mövzuların müzakirə edildiyi platforma hesab olunur.
Sammitdə Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək çox mühüm beynəlxalq əhəmiyyət daşıyan belə bir tədbirin təşkilinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə dövlətinə təşəkkürünü bildirib.
Çıxışında dövrümüzün acı reallıqlarından bəhs edən Prezidentin köməkçisi bildirib ki, bəzi dövlətlər əməkdaşlıq şəraitində davamlı inkişafa nail olmaq yolunu deyil, əksinə, qəsb, işğal, silahlanma yolunu seçiblər: "Bu cür antihumanist siyasət hazırda Mərkəzi və Şimali Amerika sərhədlərindən Suriya və Türkiyə, Myanma və Banqladeş sərhədlərinədək bütün dünyanın geosiyasi məhvərindən keçir. Belə bir fəlakət artıq 30 ilə yaxındır ki, Cənubi Qafqazda da yaşanmaqdadır. Müstəqilliyimizin ilk illərində qonşu Ermənistanın yürütdüyü təcavüzkar siyasət, Azərbaycana qarşı heç bir tarixi və hüquqi əsası olmayan ərazi iddiaları bir milyondan çox vətəndaşımızın qaçqın və köçkünə çevrilməsinə, ərazimizin 20 faizinin işğalına səbəb olub. Həmin torpaqlarda qədim dini və tarixi abidələrin vəhşicəsinə darmadağın edilməsi ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də təsdiq edilib. Dünyanın 10-dan çox ölkəsi və çoxsaylı beynəlxalq qurumlar azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımını tanıyıblar".
Əli Həsənov diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi bu gün yalnız Cənubi Qafqazdakı kövrək sülhü deyil, bütün Avropanın və dünyanın təhlükəsizliyini təhdid edir: "Bunun kökündə beynəlxalq hüquqa, digər ölkələrin ərazi bütövlüyünə, səmavi dinlərin sülh çağırışlarına məhəl qoymamaq, böyüklük maniyası, dənizdən-dənizə ərazilərə sahiblənmək iddiası, bu iddianı reallaşdırmaq naminə hər cür saxtakarlığa və bəşəri cinayətə yol vermək amili durur".
"İşğal faktına baxmayaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan nəinki öz dinamik inkişafını təmin edə bilib, həm də Avropanın və Yaxın Şərqin iqtisadi və mədəni inteqrasiyasında, Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynayan ölkəyə çevrilib”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövlətinin öz tərəfdaşları ilə həyata keçirdiyi qlobal layihələr təkcə enerji təhlükəsizliyi və kommunikasiya layihələri deyil, onlar təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir, qitələri biri-birinə birləşdirir, dünyanın geoiqtisadi xəritəsinin yenidən çəkilməsini şərtləndirir:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsçüsü olduğu layihələrdən bütün iştirakçı dövlətlər, xüsusən qonşu ölkələr də faydalanmaqdadırlar. Elə bu yaxınlarda istifadəyə verilmiş "STAR Refinery” zavodunun həm Türkiyə, həm Azərbaycan üçün gətirəcəyi faydanı xatırlamaq kifayətdir. Lakin orta əsr qəsbkarları kimi daha asan yolla, özgə torpaqlarını işğal etməklə varlanmaq istəyən cinayətkar Ermənistan rejimi bu gün regional təşəbbüslərdən təcrid olunub. Bu, belə də olmalıdır. İşğal yolu tutan hərbi xunta öz xalqına səadət deyil, yalnız fəlakət gətirə bilər ki, bu da Ermənistanın timsalında öz təsdiqini bir daha tapır".
Azərbaycanın bölgədəki sülhyaratma əməliyyatlarında fəallığı ilə seçildiyini vurğulayan Əli Həsənov qeyd edib ki, ölkəmiz NATO-nun, Avropa İttifaqının, ATƏT-in, MDB-nin əməkdaşlıq proqramlarının fəal iştirakçısıdır: "Azərbaycan işğalçı Ermənistan istisna olunmaqla, bütün qonşularla ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarında işbirliyini inkişaf etdirir. Əlbəttə, ərazi bütövlüyümüzə hərbi təcavüz olmasaydı və ölkəmizin maddi, insani resursları işğalın aradan qaldırılmasına yönəldilməsəydi, indi həm Azərbaycanın, həm də bölgənin inkişafı başqa bir səviyyədə olardı.
Biz elə bir bölgə, elə bir dünya arzusundayıq ki, eyni coğrafiyanı, eyni və ya yaxın mədəniyyətləri bölüşən insanlar mühacirət yolu seçməyə məhkum olmasınlar, öz tarixi torpaqlarında qalsınlar, yaşayıb inkişaf etsinlər”.
Prezidentin köməkçisi bildirib ki, bunun üçün hər kəs özündə təcavüzkara "dur” demək cəsarəti tapmalı, bu istiqamətdə irəli sürülən bütün təşəbbüslər dəstəklənməli, səylər birləşdirilməlidir:
"Bu baxımdan 9 ildir Boğaziçi Zirvəsi hər kəs üçün davamlı inkişafa, sülh axatrışlarına öz töhfəsini verir. Türkiyənin münaqişələrin həllində, bölgədə davamlı sülhün bərpasında çox böyük zəhməti var. Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünyanın mühüm geosiyasi aktoruna çevrilmiş Türkiyə dövlətinin yürütdüyü siyasət, keçirdiyi sülhyaratma əməliyyatları, apardığı gərgin diplomatik mübarizə bölgədəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllinə yönəlmiş böyük fəaliyyətdir. Bu işdə qardaş Türkiyəyə uğurlar arzu edirik".
Xatırladaq ki, noyabrın 28-dək davam edəcək tədbir "Hər kəs üçün inkişafa beynəlxalq təhdid: Ticarət müharibələri”, "Yeni istiqamətlər axtaran dünyada dayanıqlı gələcəyin şifrələri”, "Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, "Sülh üçün müdafiə və təhlükəsizlik”, "Gələcəyin texnologiyalarına doğru”, "İqtisadi inkişafın təşkilində medianın rolu” və digər mövzular üzrə çıxışlar və panellərlə işini davam etdirəcək.
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:25
Politoloq apellyasiya şikayəti verib
Bu gün, 04:10
Ermənistan KTMT-də iştirakını dondurub
Dünən, 14:25
Yeni Kaledoniyada yenə Azərbaycan bayrağı qaldırılıb
Dünən, 12:43
Köçəryan: “Sülh üçün bir yoldan keçmək lazımdır”
27-03-2024, 18:01
XİN: "Ermənistan və erməni lobbi qrupları əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidir"
27-03-2024, 13:13
Xocalıya ilk köçün tarixi bəlli olub
27-03-2024, 12:26
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
27-03-2024, 09:13
XİN: "Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır"
26-03-2024, 20:39
Putin Xarkovu ələ keçirdikdən sonra müharibəni dayandıra bilər
26-03-2024, 11:12
Hikmət Hacıyev: "Azərbaycan vahid Çin siyasətini dəstəkləyir"
25-03-2024, 15:07
İki prezident Avropanı müharibəyə hazırlaşmağa çağırır
25-03-2024, 14:45
Mətbuat Şurası: "Rusiyalı teleaparıcının əməllərinə layiqli hüquqi qiymət verilməlidir"
24-03-2024, 01:29
Rusiya və daha bir neçə ölkədə milli matəm başlayıb
23-03-2024, 17:35
Rusiya neftayırma zavodlarını Ukraynadan qoruya bilməyəcək - Kəşfiyyat
23-03-2024, 15:33
Ceyhun Bayramov Lavrovla telefonda danışıb
23-03-2024, 00:10
Hakan Fidan Sergey Lavrova başsağlığı verib
22-03-2024, 21:00
Navalnıya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilib
22-03-2024, 09:36
BMT süni intellektlə bağlı qətnamə layihəsi qəbul edib
21-03-2024, 18:05
Hikmət Hacıyev: "Azərbaycan Çinlə bütün sahələrdə əməkdaşlığa qətiyyətlə sadiqdir"
21-03-2024, 17:41
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
20-03-2024, 12:14
Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
19-03-2024, 17:51
Rusiya İstintaq Komitəsinin sədri Azərbaycana gəlib
19-03-2024, 17:38
Ceyhun Bayramov Çin səfirini qəbul edib
19-03-2024, 15:05
Peskov: "Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir"
19-03-2024, 12:56
Qazaxıstan və Türkiyə Xəzər dənizi ilə bağlı mühüm müzakirə aparıb
19-03-2024, 12:24
İsrail və HƏMAS Dohada atəşkəsi müzakirə edir
19-03-2024, 10:59
Hakan Fidan: “Lavrovla dialoq alınır”
18-03-2024, 16:56
YAP İdarə Heyəti iclas keçirib
18-03-2024, 14:29
Ceyhun Bayramov NATO-nun Baş katibi ilə görüşüb - Fotolar
18-03-2024, 13:34
Rusiyada seçki: 87,1 milyondan çox vətəndaş səsvermədə iştirak edib
18-03-2024, 13:33
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
18-03-2024, 11:22
Hikmət Hacıyev Pekində Pakistanın Çindəki səfiri ilə müzakirə aparıb
18-03-2024, 09:00
Putin prezident seçkilərinin liderdir
17-03-2024, 12:16
“Kompas” səmtini azıb
16-03-2024, 23:03
Rusiyadakı prezident seçkilərində seçici fəallığı açıqlanıb
16-03-2024, 16:47
Xocalıda kütləvi məzarlıq: 8-nin şəxsiyyəti müəyyən edilib (Fotolar)