17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Gürcüstanda hakim partiyanın namizədi qalib gəlir - Yenilənib
Tarix: 28-11-2018 19:48 | Bölmə: Siyasət
Gürcüstanda hakim partiyanın namizədi qalib gəlir

“İmedi” televiziya şirkətinin keçirdiyi exit-pollun nəticəsinə görə, prezident seçkilərinin ikinci turunda hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili qalib gəlib.

Reyting.az Gürcüstan mediasına istinadən bildirir ki, seçililərlə sorğunun ilkin nəticəsinə görə, Zurabişvili 58 faiz, birləşmiş müxalifətin nümayəndəsi Qriqol Vaşadze isə 42 faiz səs toplayıb.

Gürcüstanda hakim partiyanın namizədi qalib gəlir

Gürcüstanda bu gün 25 illik döründə 5-ci prezident seçkilərinin ikinci turu keçirilib.

Hazırkı prezident Qeorqi Marqvelaşvilinin səlahiyyəti inauqurasiya günü başa çatacaq.

İnauqurasiya seçkilərdən sonra üçüncü bazar günü, daha dəqiqi dekabrın 16-da keçirilməlidir.

***

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki qutularının demək olar ki, hamısı açılıb və səslər sayılıb.

Sayılan səslərə görə, iqtidarın dəstəklədiyi Salome Zurabişvili səslərin 59,56 faizini qazanıb.

Saakaşvili və tərəfdarlarının dəstəklədiyi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,44 faiz səs toplayıb.

Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}