Paşinyan Qarabağın separartçı rəhbərliyinə qəzəbləndi: Özünüzə gəlin, öz işinizlə məşğul olun
Tarix: 29-11-2018 16:20 | Bölmə: Siyasət
Paşinyan Qarabağın separartçı rəhbərliyinə qəzəbləndi: Özünüzə gəlin, öz işinizlə məşğul olun

İki gün əvvəl çıxış edib demişəm ki, bəziləri mənim hakimiyyətə gəlib Qarabağı satmağımla bağlı günahlandırıb.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, bunu baş nazir vəzifəsini icra edən, qarşıdakı parlament seçkilərində “Mənim addımım” blokunun siyasında birinci oilan Nikol Paşinyan noyabrın 29-da Qeqarkun vilayətinin Çambarak şəhərində seçicilərlə görüşündə deyib.

Paşinyan o zaman dediyi sözləri xatırladaüq deyib ki, oğlu Dağlıq Qarabağda hərbi xidmət keçən Ermənistanın ilk rəhbəridir. Ancaq onun sözlərinə görə, dünın axşam sosial şəbəkələrdəki materialları nəzərdən keçirəndə bununla bağlı anlaşılmaz sərlövhələrə görə sadəcə təəccüblənib.

“Ehtikarlıqdır. Ucuz ehtikarlıq. Necə belə danışmaq olar. Düzünü desəm, mən son vaxtlar Dağlıq Qarabağdakı hakimiyyətin nümayəndələrinin fəallığını başa düşə bilmirəm. Onlar niyə fəallaşıblar və nəyə görə Ermənistanda keçiriləcək parlament seçkilərinə hansısa formada müdaxilə etməyə, özlərinin təbliğat kampaniyasında iştiraklarını nümayiş etdirməyə cəhd edirlər? Deyim ki, bununla bağlı mənim çoxlu suallarım var və mütləq “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanla onları müzakirə edəcəyəm. Buna qədər isə cənab Bako Saakyan, sizi sizin nazirlər kabinetinizin nümayəndələrini nizam-intizama çağırmağa və onları işləməyə göndərməyə səsləyirəm. Başa düşmürəm, belə çıxır ki, Qarabağın “prezidenti”nin mətbuat katibi iki gündən bir mənim dediyim sözlərlə bağlı şərh verməlidir? Təsəvvür edirsiniz ki, mənim mətbuat katibim Qarabağda məlum və məlum olmayan hadisələrlə bağlı şərh verir? Siz heç bunların nəticələri və fəsadlarını təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun. Əlbəttə, mən bütün bunları sizinlə artıq seçkilərdən sonra müzakirə edəcəyəm. Buna qədər, təkrar edirəm, öz işlərinizlə məşğul olun”, - Paşinyan söyləyib.

Qeyd edək ki, Ermənistanın müstəqilliyi dövründə Qarabağdakı separatçı rejimin rəhbərliyinin ünvanına bu cür xarakterli aşkar bəyanatlar verilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}