Gürcüstanın yeni prezidenti Saakaşvilinin sarayında oturmaq istəmir
Tarix: 29-11-2018 17:32 | Bölmə: Siyasət
Gürcüstanın yeni prezidenti Saakaşvilinin sarayında oturmaq istəmir

Gürcüstanın yeni prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin tikdirdiyi prezident sarayında işləməyi planlaşdırmadığını açıqlayıb.

Reyting.az Gürcüstan mediasına istinadən bildirir ki, Zurabişvilinin sözlərinə görə, o, Tbilisinin mərkəzindıki Orbeliani sarayında işləyəcək.

“Barataşvili və Orbeliani mənim əcdadlarım idi. Orbeliani sarayı mənim üçün məqbuldur, o, daha çox Avropa sayağıdır”, - Zurabişvili jurnalistlərə söyləyib.

Gürcüstan prezidentinin iqamətgahı Saakaşvilinin təşəbbüsü ilə 2004-2009-cu illərdə tikilib və 2013-cü ildə dövlət başçısı vəzifəsinə başlayan Qeorqi Marqvelaşvili, eləcə də hakim partiya arasında münaqişəyə səbəb olub.

Marqvelaşvili deyib ki, Saakaşvilinin tikdirdiyi iqamərgahda (Avlabar kompleksi), lakin sonradan hökumət dəftərxanasında ona təqdin olunan yerin çox dar olduğunu əsas gətirərək yenidən ora köçüb.

Marqvelaşvilinin bu qərarı “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvilinin tərəfindən ciddi tənqid obyekti olub və tezliklə kütləvi informasiya vasitələrində bunun ikili arasında münasibətlərin pisləşməsi ilə nəticələndiyi iddia edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}