16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gürcüstanın yeni prezidenti Rusiya ilə əməkdaşlıqdan imtina etdi
Tarix: 29-11-2018 21:59 | Bölmə: Siyasət
Gürcüstanın yeni prezidenti Rusiya ilə əməkdaşlıqdan imtina etdi

Gürcüstanda prezident seçkilərinin ikinci turunda qalib gələn Salome Zurabişvili hesab edir ki, Moskva və Tbilisinin əməkdaşlığı üçün münasib vaxt hələ yetişməyib.

Reyting.az bildirir ki, o, bunu noyabrın 29-da BBC-nin Rusiya xidmətinə açıqlayıb.

“Düşünmürəm ki, Rusiya hələ indi də işğal ərazisində (Moskvanın işğal edərək müstəqilliklərini tanıdığı Abxaziya və Cənubi Osetiyadan söhbət gedir) belə aparırsa, Ukraynaya münasibətdə belə davranırsa, biz birbaşa əməkdaşlığa keşə bilərik”, - siyasətçi vurğulayıb.

Zurabişvili qeyd edib ki, Tbilisi Avropameylli mövqeyində qalır. Onun sözlərinə görə, əgər Gürcüstanın Qərbdəki tərəfdaşları – Avropa və ABŞ Moskva ilə dialoqa başlayarsa, Tbilisi kənarda qalmayacaq.

Gürcüstanın Mərkəzi seçki komissiyası noyabrın 29-da səslərin 100 faizi sayılandan sonra ikinci turun nəticələrini açıqlayıb.

Hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Zurabişvili 59,52 faiz səs toplayıb. Onun rəqibi, ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat”ının dəstəklədiyi Qriqol Vaşadzeyə isə 40,48 faiz səs verilib.

Gürcüstan 2008-ci ildə Moskvanın Abzaxiya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına vacab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}