İran 7 yerə bölünəcək, bir hissəsi Azərbaycan adlanacaq
Tarix: 30-11-2018 11:42 | Bölmə: Siyasət
İran 7 yerə bölünəcək, bir hissəsi Azərbaycan adlanacaq

Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qalmalıdır.

Reyting.az bildirir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Yerevanda Lazarev klubunun iclasında söyləyib.

Ekspert qeyd edib ki, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır və Ermənistan-Rusiya münasibətləri heç nəyə baxmayaraq möhkəmlənir.

Regiondakı vəziyyətdən danışan politoloq qeyd edib ki, İran məsələsi xüsusi narahatlıq yaradır. Onun sözlərinə görə, variantlardan biri İranın 7 hissəyə bölünməsi ola bilər. Bu hissələrdən biri Azərbaycan adlandırılacaq.

“Bu variant Azərbaycan və Qarabağa toxuna bilməz”, - politoloq qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}