Parisdə vəziyyət gərginləşdi, paytaxta zirehli texnika yeridildi - Foto
Tarix: 08-12-2018 16:32 | Bölmə: Siyasət
Parisdə vəziyyət gərginləşdi, paytaxta zirehli texnika yeridildi

“Sarı jiletlər” hərəkatının hökumət əleyhinə etiraz aksiyalarının davam etdiyi Parisə zirehli texnika yeridilib.


Reyting.az xarici mediaya istinadən xəbər verir ki, asayişin qorunması üçün Fransanın paytaxtına 8 minə yaxın polis əməkdaşı cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Parisin mərkəzi hissələrinə, o cümlədən Yelisey sarayı istiqamətində gediş-gəlişi bağlayıblar.

Parisdə vəziyyət gərginləşdi, paytaxta zirehli texnika yeridildi

Digər məlumata görə, bir qrup etirazçı saraya doğru irəliləməyə cəhd göstərib, lakin polis gözyaşardıcı qazdan və qalxanlardan istifadə edərək, buna imkan verməyib.

Son məlumatlara görə, 514 nəfər saxlanılıb, onların 272 nəfəri həbs edilib.

Fransada qarşıdurma oktyabr ayının ortalarından davam edir. Ölkə vətəndaşlarının narazılığına səbəb benzinə verginin artırılması ilə bağlı xəbər olub.

Reytinf.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}