17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
Parisdə barrikadalar qurulur
Tarix: 08-12-2018 20:10 | Bölmə: Siyasət
Parisdə barrikadalar qurulur

Fransa paytaxtında etiraz edənlər barrikadalar qurmağa bsaşlayıblar.

Reyting.az bildirir ki, bu barədə Twitter istifadəçiləri öz səhifələrində çoxsaylı fotolar yayıblar.

Fransa paytaxtında və digər şəhərlərdə yanacağın qiymətinin artırılması planına etiraz edən“Sarı jiletlər” hərəkatının hakimiyyət əleyhinə aksiyaları davam edir.

“Explicite” nəşrinin reportyoru qarşıdurmaları, talanları və nümayişçilərin polislə toqquşmalarını əks etdirən kadrla yayıb.

“The Guardian”ın xəbərinə görə, əgər Yelisey sarayı rayonunda vəziyyət sakitdirsə, Parisin digər rayonlarında etirazçıların qovulması üçün xüsusi vasitələrdən - su çiləyən maşınlardan, gözyaşardıcı qazdan, dəyənək və şitlərdən istifadə olunur. 30 nəfərin xəsarət almsası haqda xəbərlər də var.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə nümayişlərdə 30 mindən çox insan iştirak edir, saxlanılanların sayı 700-ə çatıb. Paytaxtdakı etirazçılarının sayının 2 min olduğu bildirilir.

Fransa prezidenti Emmanuel Makron hələ ki ölkədə baş verənlərə görə fikirlərini açıqlamayıb.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}