17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Etiraz aksiyasında 1726 nəfər saxlanılıb - Nazir
Tarix: 09-12-2018 11:21 | Bölmə: Siyasət
Etiraz aksiyasında 1726 nəfər saxlanılıb

Fransada "sarı jiletlilər"in şənbə günü keçirdiyi etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb.

TASS-ın xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner məlumat verib.

O, bildirib ki, aksiyanın 1220 iştirakçısı həbs edilib. Polisin saxladığı aksiyaçıların böyük hissəsi Parisin payına düşür. Rəsmi açılqmaya görə, burada 1150 nəfər saxlanılıb. Onlardan 619 nəfəri həbs edilib.

Saxlanılanların çoxunda silah aşkarlanıb. Lakin onların vəkilləri bildirib ki, müdafiə etdikləri şəxslər baş verənlərə qəti şəkildə etirazlarını bildirmək istəyiblər, onlar zorakılıqdan istifadə etməyiblər.(Report)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}